
Almaniyada ət bahalaşır
Səbəb istehsal xərcləri və heyvan ehtiyatının azalması
Səbəb istehsal xərcləri və heyvan ehtiyatının azalması
Yanğınlar necə başladı, son vəziyyət necədir?
İspaniya 5 faizlik xərcləmə planını rədd edir
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
İspaniyanın sosialist hökuməti NATO böhranı ilə üz-üzədir
Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib
Yağ, süd, yumurta, ət məhsullarında heksan zəhərli maddəsi tapılıb
Hollandiyada vətəndaşlara nağd pul şağırışı
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Elektrik kəsintisindən sonrakı telefon qəzası ölkədə təlaşları artırıb
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
Çürümüş ətin ağartıcı ilə təmizlənərək yenidən satışa çıxarıldığı Mayorka adasında qida qalmaqalı yaranıb. Polis 231 kilo məhsul ələ keçirərkən, 5 adamı həbs edib.
Ballermann mövsümünün açılışına təsadüf edən yemək qalmaqalı Mayorka adasında böyük səs-küyə səbəb olub. Polis saxlanma müddəti ötmüş və sağlam olmayan ətləri müxtəlif hiylələrdən istifadə edərək yenidən satdıqları iddia edilən 5 nəfəri saxlayıb. Yoxlamalar zamanı ümumilikdə 231 kiloqram xarab ərzaq məhsulları aşkar edilərək götürülüb.
İddialara görə, 2023-cü ildən istifadə müddəti bitmiş ətlər əvvəlcə xarab olan hissələrdən təmizlənib, sonra isə təzə görünməsi üçün ağardılıb. Ətin bu üsulla dezinfeksiya edilərək satışa çıxarılması nəzərdə tutulurdu.
Qalmaqalın üstünü açan hadisə şahidin gizli şəkildə çəkdiyi videodur. Bu görüntüləri araşdırma aparan “Guardia Civil” ictimaiyyətlə paylaşıb.
Palma de Malyorkada bir ərzaq topdansatış mağazasına basqın zamanı polis və Balear Adaları Xalq Sağlamlığı Baş Müdirliyi 231 kilo saxlama müddəti ötmüş ət məhsulları ələ keçirib. Yerli media bəzi ət məhsullarının saxlama müddəti ötmüş inqrediyentlərdən istehsal edildiyini yazıb.
Lakin məhsullar təkcə fiziki deyil, həm də sənəd və etiket səviyyəsində manipulyasiya edildikdə qalmaqal bir az da böyüyüb. Müəyyən edilib ki, şirkətin inzibati heyəti dələduzluq yolu ilə məhsulların partiya nömrələrini dəyişdirərək, saxlama müddətini uzadıb.
Manipulyasiya edilmiş məhsulların nə qədəri bazara çıxarıldığı hələ aydın deyil. “Guardia Civil” beş şübhəlini ictimai sağlamlığı təhlükə altına almaq ittihamı ilə saxlayıb və istintaqa başlayıb.
Balear Adaları Xalq Sağlamlığı Baş Müdirliyi korlanmış ətin emalı və istehlakının sağlamlıq üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib. İstintaq davam edərkən, hadisə ictimaiyyətin böyük narahatlığına səbəb olub.