vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
17 milyard dollarlıq 300 illik sərvət 13:26 | 11 iyun 2025 | Çərşənbə Məqaləyə 22 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

17 milyard dollarlıq 300 illik sərvət

Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Karib dənizinin dərinliklərindən əldə edilən tarixi kəşf Kolumbiya ilə İspaniya arasında diplomatik gərginliyə səbəb olub. 1708-ci ildə batan və dəyərinin təxminən 17 milyard dollar olduğu təxmin edilən İspaniyanın "San Xose" hərbi gəmisinə aid olduğu təsdiqlənən qızıl sikkələr yenidən gündəmə gəlib.

Kolumbiya sahillərində aparılan son araşdırmada uzaqdan idarə olunan robot-diving vasitələri (ROV) ilə batan gəminin ətrafında yeni xəzinə qalıqları tapılıb. Tədqiqatçılar üzərində Qüds xaçı, qala və şir fiqurları olan müstəmləkə dövrünə aid sikkələri müəyyən ediblər.

***

Təxminən 27 qram ağırlığında olan bu sikkələrin 1700-cü illərdə Lima zərbxanasında zərb edildiyi bildirilir. Bəzi sikkələr dövr ərzində metalın təmizliyini yoxlamaq üçün istifadə edilən çəkic işarələrini daşıyır.

Kolumbiya hökuməti bu qiymətsiz sikkələri gələcəkdə yaradılması planlaşdırılan milli dəniz muzeyində nümayiş etdirmək istədiyini açıqlayıb. Ancaq İspaniyadan yüksələn səslər bu plana etiraz edir... Madrid rəhbərliyi San Xosenin dövlət gəmisi olduğunu vurğulayır və batan gəmidə tapılan bütün xəzinənin İspaniyaya aid olduğunu iddia edir.

***

“San Xose” gəmisi 1708-ci ildə Britaniya donanması ilə münaqişə zamanı Karib dənizi sahillərində batıb. Tonlarla qızıl, gümüş və qiymətli daş-qaş daşıdığı bilinən gəmi “dünyanın ən zəngin gəmisi” hesab edilir. 2015-ci ildə qəzaya uğrayan gəmi aşkar edildikdən sonra onun içində olan xəzinələr həm arxeoloji, həm də hüquqi müzakirələrin diqqət mərkəzində olub.

Hadisələrin inkişafı iki ölkə arasında beynəlxalq hüquqa əsaslanan mübahisəyə səbəb ola bilər. Kolumbiya xəzinəni öz ərazi sularında tapdığını vurğulasa da, İspaniya bu cür döyüş gəmilərinin milli suverenliyin uzantısı hesab edildiyini iddia edir. Mümkün həll yolu üçün tərəflər beynəlxalq arbitraja müraciət etməyi düşünürlər.