
“Parisdə polisin yanında məni soyacaqdılar”
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
Kolumbiya prezidenti ABŞ-dan yardım istədi
Azyaşlı olduğu üçün hücum edəni 8 il reabilitasiya cəzası gözləyir
Kolumbiyada sui-qəsd xəbərdarlığı
Kolumbiyada 6,5 bal gücündə zəlzələ baş verib
Kolumbiya hökumət sui-qəsdin təşkilatçılarının həbsinə köməkliyə görə böyük məbləğdə mükafat təyin etdi
Çoxlu sayda ölü və yaralı
İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
“Ölüm hökmünüz artıq imzalanıb”
Kartel zorakılığı səbəbindən 700-dən çox heyvan təxliyə edilib
Kolumbiya prezidenti: “Narkotik tacirlərinin alıb haradasa gizlətdiyi iki raket var”
Kolumbiya lideri Qustavo Petro narkotik vasitəni reklam etdi
Uçuşlar ləğv edildi
Polisin basqın etdiyi evdən çoxlu partladıcı maddə tapılıb
Bir neçə pozulan danışıqlar nəhayət baş tutub
Kolumbiya səlahiyyətliləri narkotik vasitələrin daşınması üçün nəzərdə tutulmuş pilotsuz sualtı qayığın tutulduğunu açıqlayıb. “Narko sualtı qayığı” olaraq da bilinən dəniz vasitəsinin “Starlink” antennasına sahib olduğu və belə bir vasitənin bölgədə ilk dəfə ələ keçirildiyi bildirilib.
***
“CBS News”un məlumatına görə, Kolumbiya Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada, Karib dənizi sahillərində tutulan sualtı qayığın içərisində narkotik olmadığı bildirilib. Kolumbiya Hərbi Dəniz Qüvvələri və regiondakı Qərb təhlükəsizlik mənbələri AFP xəbər agentliyinə bunun kokain qaçaqmalçılığı karteli tərəfindən həyata keçirilən sınaq olduğuna inandıqlarını bildiriblər. “O, sınaqdan keçirilirdi və boş idi”, – Hərbi Dəniz Qüvvələrinin sözçüsü deyib.
Dünyanın ən böyük kokain istehsalçısı olan Kolumbiyanın şimalından Mərkəzi Amerikaya və Meksikaya narkotiklərin daşınması üçün onilliklər ərzində idarə olunan yarı sualtı qayıqlardan istifadə edilir. Bu texnika ölkənin cəngəlliklərində gizlənmiş gəmiqayırma sexlərində istehsal olunur. Lakin son illərdə bu qayıqlar daha da irəli gedib, Atlantik və Sakit okeanları keçə biliblər.
***
Admiral Xuan Rikardo Rozo mətbuat konfransında pilotsuz yarım sualtı qayığının tutulduğunu açıqlayıb. Bildirilib ki, bu, Cənubi Amerika sularında aşkar edilən ilk “drone narko sualtı qayıq”dır. Donanma, ələ keçirilən texnikanın Kolumbiyanın ən böyük narkotik ticarəti təşkilatı kimi tanınan “Körfəz Klanı”na aid olduğunu açıqladı. Bildirilib ki, sözügedən texnika 1,5 ton kokain daşımaq qabiliyyətinə malikdir.
Donanmanın paylaşdığı video görüntülərdə sualtı qayıqda “Starlink” antenasının da olduğu görünür. “Starlink”, peyk internetə çıxışı təmin etmək üçün İlon Maskın ABŞ-da yerləşən peyk şirkəti “SpaceX” tərəfindən qurulan sistem kimi tanınır.
Digər tərəfdən, dəniz yolu ilə narkotik qaçaqmalçılığı zamanı “Starlink” antenasından istifadə edildiyi ilk dəfə deyil. Noyabr ayında Hindistan polisi Andaman və Nikobar adaları yaxınlığında “Starlink” tərəfindən uzaqdan idarə olunan dəniz gəmisində 4,25 milyard dollar dəyərində narkotik maddə ələ keçirib. Bu, “Starlink” tərəfindən idarə olunan ilk “narko sualtı qayıq” kimi qeydə alınıb.
Kolumbiyanın İnkişaf və Sülh Araşdırmaları İnstitutundan Xuana Kabezas AFP-yə bildirib ki, Kolumbiyada fəaliyyət göstərən güclü Meksika narkotik kartelləri 2017-ci ildən bu yana insansız sualtı qayıqların yaradılması üçün texnoloqlar və mühəndislər işə götürürlər. Cabezas bildirib ki, insansız sualtı qayıqlar narkotik daşımalarının arxasında kimin olduğunu müəyyən etməyi çətinləşdirir.