vaxtlı-vaxtında oxuyun! Bazar, 18 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
“Kartellər mənə sui-qəsd planlaşdırır” 08:16 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kartellər mənə sui-qəsd planlaşdırır”

Kolumbiya prezidenti: “Narkotik tacirlərinin alıb haradasa gizlətdiyi iki raket var”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kolumbiya prezidenti Qustavo Petro narkotik kartellərinin ona sui-qəsd hazırladığını iddia edib.

Paytaxt Boqotadakı General Fransisko de Paula Santander Hərbi Akademiyasında danışan Petro, ölkənin əsas mafiyalarına qarşı mübarizə apardıqları üçün hədəf alındıqlarını bildirib.

“Narkokartellər mənə sui-qəsd etməyi planlaşdırır. Təyyarəmə raket atmaq istəyirlər. Narkotik tacirlərinin alıb haradasa gizlətdiyi iki raket var. Onların kim olduğunu bilirik və buna görə də tədbir görməliyik”, – Petro deyib.

Keçən il özünün də sui-qəsdə məruz qaldığını deyən Petro, “Kolumbiyadakı böyük mafiyalara qarşı olduğumuzu bildikləri üçün məni tez devirmək istəyirlər. Bu qorxulu ola bilər, bəli, təbii ki, qorxudur”, – deyib.

Prezident Petro sui-qəsd iddiaları ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

Petro, 2022-ci il prezident seçkiləri kampaniyası zamanı verdiyi açıqlamada, “La Cordillera” adlı cinayətkar dəstənin ona sui-qəsd planlaşdırdığını bildirdi.