Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:16 | 6 fevral 2025 | Cümə axşamı
Məqaləyə 431 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Kolumbiya prezidenti Qustavo Petro kokain qadağası ilə bağlı açıqlaması ilə gündəmə gəlib. Petro milli televiziyada yayımlanan narkotiklərlə mübarizə siyasəti ilə bağlı Nazirlər Kabinetinin iclasında bunları söylədi: “Kokain viskidən daha pis olduğuna görə deyil, Latın Amerikasında istehsal olunduğuna görə qanunsuzdur”.
Kolumbiya lideri iddia edib ki, əgər kokain bütün dünyada leqallaşdırılarsa, narkotik alveri ilə məşğul olan cinayətkar təşkilatlar asanlıqla məhv edilə bilər”.
“Belə bir vəziyyətdə kokain şərab kimi satılacaq”, – deyən Petro, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün istifadə edilən pulun uşaqların spirtli içki və ya siqaretə başlamasının qarşısını almaq üçün profilaktik siyasətlərə xərclənə biləcəyini söyləyib.
Kolumbiyanın ilk solçu prezidenti Petro da elektron siqaretlərin qanuni olsa belə xalq sağlamlığı üçün böyük təhlükə yaratdığını iddia etdi.
ABŞ-dakı fentanil böhranına toxunan Petro bu ölümcül narkotik vasitənin Kolumbiyada istehsal olunmadığını xatırladıb. O, həmçinin ABŞ prezidenti Donald Trampın fentanil böhranı səbəbindən Meksikaya əlavə vergilər tətbiq etmək addımını tənqid edərək dedi: “Fentanil Amerikanın çoxmillətli şirkətləri tərəfindən istehsal edilən bir dərman kimi başlayıb və sonra mənfəət üçün onu yaymağa başladılar. İndi onlar meksikalıları günahlandırırlar, amma əsl günah onların sərhədləri daxilində olan şirkətlərdədir”.
Kolumbiya dünyanın ən böyük kokain istehsalçısıdır. 2000-ci ildən bəri Boqota hökuməti narkotik ticarəti ilə mübarizə çərçivəsində ABŞ-dan milyardlarla dollar yardım alıb. Lakin Trampın xarici yardımı dayandırması və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq planı Kolumbiyada narkotiklərlə mübarizə siyasətinin gedişatını da dəyişə bilər.
Digər tərəfdən Trampın Kolumbiyaya qeyri-qanuni mühacir göndərməsi də iki ölkə arasında gərginlik yaradıb. Petro ABŞ-dan deportasiya edilən kolumbiyalı mühacirləri daşıyan təyyarələri qəbul etməyəcəklərini, Tramp isə cavab olaraq ölkədən gələn məhsullara əlavə 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Boqota administrasiyası daha sonra geri çəkilərək miqrantları qəbul edib.