vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
“Pul üçün etdim” 07:11 | 11 iyun 2025 | Çərşənbə Məqaləyə 25 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Pul üçün etdim”

Azyaşlı olduğu üçün hücum edəni 8 il reabilitasiya cəzası gözləyir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Kolumbiyada prezidentliyə namizədə sui-qəsd cəhdi edən 15 yaşlı hücumçu ittihamları rədd edib. Ölkə mətbuatı uşağın həbsi zamanı “Pul üçün etdim” qışqırdığını yazıb.

Prokurorluq açıqlamasında hücumçunun “qəsdən adam öldürməyə cəhd və qanunsuz silah saxlama” ittihamlarını rədd etdiyini və günahsız olduğunu bildirib.

Prokurorluq hücumçunu azyaşlı olduğu üçün həbs cəzası əvəzinə 8 il reabilitasiya gözlədiyini açıqlayıb.

***

Kolumbiya mətbuatı hücumçunun yerli bir narkotik satıcısı tərəfindən işə götürüldüyünü iddia edib.

Senator Miqel Uribe Turbay şənbə günü paytaxt Boqotoda mitinq zamanı 15 yaşlı hücumçu tərəfindən 6 dəfə vurularaq başından və ayağından ağır yaralanıb.

Xəstəxanaya çatdırılan Uribenin vəziyyəti hələ də ağırdır.