
Kim kimdən qorxur?
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Meksika turist axınına etiraz edir
Ələ keçirilən “Starlink” antenalı “Narco” test edilirmiş
Krematoriyada tapılan mumiyalanmış cəsəd sayı 381-ə çıxdı
Polis krematoriyaya basqın həyata keçirib
Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
Çoxlu sayda ölü və yaralı
İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
Narkobaronun vəkili hakimliyə namizəd olur
Meksikanın “El Perris” ləqəbli təhlükəli kartel lideri Benites öldürüldü
Kartel zorakılığı səbəbindən 700-dən çox heyvan təxliyə edilib
İki yüksək vəzifəli məmur öldürüldü
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
Meksika hökuməti “Google” şirkətini məhkəməyə verir
İlk dəfə insanda tapıldı
900-9000 manat arasında cərimələr
Meksikada kartellər uşaqları ailələrindən ayıraraq qatillərə çevirirlər. "Reuters"in hesabatında deyilir ki, Meksikanın mütəşəkkil cinayətkar qrupları əsasən zorakılıq və narkotik istifadəsi nəticəsində ailələri dağılmış uşaqları öz sıralarına cəlb edir.
Xəbər agentliyi “Facebook” və TikTok vasitəsilə 14-17 yaş arası aktiv kartel üzvləri ilə əlaqə saxlayıb. Gənclərin əksəriyyəti kartelə qohumları və ya dostları tərəfindən cəlb olunduğunu deyir.
Bu prosesdə qrupa aid olmaq, status qazanmaq istəyinin hakim olduğunu deyən gənclər kokain və ya metamfetamin kimi narkotik asılılığı ilə mübarizə apardıqlarını da bildirirlər.
8 aydır ki, kartelin üzvü olan 14 yaşlı oğlan: “Siz artıq ölüm hökmünüz imzalanmış qrupa qoşulursunuz”, – deyib. Kartel üçün qətl törətdiyini də bildirən oğlan artıq ac olmadığını, bir ailənin üzvü olduğu ilə fəxr edir və “buna dəyər” deyir.
ABŞ Beynəlxalq Əmək Məsələləri Bürosunun hesablamalarına görə, Meksikada 30 minə yaxın uşaq cinayət təşkilatlarında iştirak edir. Səlahiyyətlilər, kartellər tərəfindən işə götürülmə riski altında olan uşaqların sayının 200 minə çatdığını bildirir. Ekspertlər bildirirlər ki, cinayətkar təşkilatlara getdikcə daha çox gənclər qoşulur.
Meksika hökumətinin ötən il açıqladığı hesabatda hətta 6 yaşından kiçik uşaqların da kartellərə qoşulduğu bildirilir. Dəstələrin gəncləri təşkilata cəlb etmək üçün video oyunlar və sosial media kimi texnologiyalardan istifadə etdiyi vurğulanıb. Hesabatda qeyd olunub ki, kartellərə qoşulan yeniyetmələrin 70 faizi tez-tez zorakılığın şahidi olaraq böyüyür.
Bildirilir ki, Meksika prezidenti Klaudiya Şeynbaumun administrasiyası uşaqları narkotikdən və cinayətdən uzaq tutmağa yönəlmiş proqramlar da daxil olmaqla bir çox üsulları sınayıb, lakin nəzərəçarpacaq irəliləyiş əldə edilməyib. Ekspertlər qeyd edirlər ki, kartellərə qoşulan uşaqları xilas etmək üçün konkret dövlət proqramı yoxdur.