
60 mumiyalanmış cəsəd tapılıb
Polis krematoriyaya basqın həyata keçirib
Polis krematoriyaya basqın həyata keçirib
Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
Çoxlu sayda ölü və yaralı
İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
“Ölüm hökmünüz artıq imzalanıb”
Narkobaronun vəkili hakimliyə namizəd olur
Meksikanın “El Perris” ləqəbli təhlükəli kartel lideri Benites öldürüldü
Kartel zorakılığı səbəbindən 700-dən çox heyvan təxliyə edilib
İki yüksək vəzifəli məmur öldürüldü
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
Meksika hökuməti “Google” şirkətini məhkəməyə verir
İlk dəfə insanda tapıldı
900-9000 manat arasında cərimələr
Meksika öz neftini satmaq üçün Çinlə danışıqlar aparır
Trampın tarifləri Meksika və Kanadanı çətin vəziyyətə saldı
Yeni tariflər ABŞ-ın üç ən böyük ticarət tərəfdaşları arasında gərginliyi artırır
Meksikanın Syudad Xuares şəhərində özəl krematoriumda daha 321 mumiyalanmış cəsədin tapıldığı açıqlanıb. Dünən yayılan xəbərlərdə 60 cəsədin şəxsiyyətinin müəyyən edildiyi bildirilib. Məlum olub ki, həyatını itirənlərin ailələrinə yaxınlarının külü deyil, başqa maddələr verilib.
“The Guardian” qəzetinin məlumatına görə, yerli prokurorluq mövzu ilə bağlı açıqlama verib və şimal şəhərdəki özəl krematoriyada qalaqlanmış 381 cəsədin tapıldığını açıqlayıb. Bəyanatda bu vəziyyət “səhlənkarlıq” ilə əlaqələndirilib.
Çihuahua Əyalət Prokurorluğunun sözçüsü Eloy Qarsiya AFP xəbər agentliyinə deyib ki, “Öncədən heç bir kremasiya edilmədən krematoriyada saxlanılan 381 cəsəd var”.
Qarsiyanın dediyinə görə, cəsədlər binanın müxtəlif otaqlarında heç bir aydın nizam olmadan “svaylar”a yerləşdirilib. Qarsiya, cəsədlərin sadəcə təsadüfən bir-birinin üstünə atıldığını deyib. Bütün cəsədlər mumiyalanıb və səlahiyyətlilər insan qalıqlarının bəzilərinin iki ildən köhnə ola biləcəyini ehtimal edir.
Prokurorluğun sözçüsü Qarsiya bildirib ki, mərhumların yaxınlarına kül əvəzinə başqa maddələr verilib. Hadisənin krematoriya işçilərinin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən baş verdiyini iddia edən Qarsiya, bu cür müəssisələrin gündəlik kremasiya qabiliyyətinin nə olduğunu bildiyini deyib.
Krematoriyanın rəhbərlərindən biri prokurorluğa təslim olub. Səlahiyyətlilər cəsədlərin zorakılıq hadisələrinin qurbanlarına aid olub-olmaması barədə məlumat verməyib.
Yerli mətbuatın verdiyi məlumata görə, polis qrupları Xuarez şəhərində krematoriya kimi istifadə edildiyi bildirilən binada yerli əhalinin pis qoxulardan şikayət etməsindən sonra araşdırmalara başlamışdı. Polis əvvəlcə müayinə etdikləri otaqda 60 mumiyalanmış cəsəd tapmışdı.