Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:09 | 5 iyul 2025 | Şənbə
Məqaləyə 310 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Meksikada yüzlərlə insan ölkədəki kütləvi turizmə və soylulaşmaya etiraz etmək üçün küçələrə çıxıb. Dünən Mexikoda turistlər tərəfindən sevilən məhəllə və rayonlarda dinc şəkildə başlayan etiraz aksiyaları zamanı bəzi etirazçılar mağazaların şüşələrini sındırıb və əcnəbiləri sıxışdırıblar.
Maskalı etirazçılar Kondesa və Roma turizm bölgələrindəki lüks mağazaların şüşələrini sındıraraq ərazidəki turistlərə qışqırıblar. Pəncərələrdə “Meksikadan ayrılın” yazısı göründü. Etirazçılar əllərində “Qrinqolar (xaricilər), evlərimizi oğurlamayın” sözləri yazılmış lövhələr tutublar. Etirazçılar həmçinin yerli hakimiyyət orqanlarını turizm səviyyələrini daha yaxşı tənzimləməyə və daha sərt mənzil qanunlarını tətbiq etməyə çağırıblar.
Etirazçılar aksiyalarını ABŞ səfirliyi qarşısında və metro stansiyalarında davam etdiriblər. Polis səfirlik binasının qarşısına əlavə qüvvələr göndərib.
2020-ci ildə pandemiya hələ də davam edərkən, ABŞ-ın bir çox rəqəmsal “köçəriləri” ABŞ-dakı qapanmadan qaçmaq və ucuz kirayələrdən yararlanmaq üçün Mexikoya axışdılar. O vaxtdan bəri kirayə qiymətləri kəskin şəkildə qalxdı və yerli sakinlər Condesa və Roma kimi məhəllələri tərk etmək məcburiyyətində qaldılar.
19 yaşlı etirazçı Mişel Kastro şəhərin fəhlə mərkəzindən gəldiyini və çoxmənzilli binaların yavaş-yavaş turistlərin məkanına çevrilməsini izlədiyini deyib. “Mexiko bir transformasiyadan keçir. Buraya yaşamaq üçün gələn o qədər çox əcnəbi var, yəni amerikalılar. Bir çox insan bunun ksenofobiya olduğunu deyir. Amma belə deyil. Sadəcə... Buraya o qədər çox əcnəbi gəlib ki, “Airbnb” platforması səbəbiylə kirayələr qalxıb. Kirayə haqları o qədər yüksəkdir ki, bəzi insanlar artıq onları ödəyə bilmir”, – Kastro bildirib.
Oxşar etirazlar İspaniyanın Barselona və Madrid, Fransanın Paris və İtaliyanın Roma şəhərlərində keçirilib.