vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QƏZA, FACİƏ  
Meksikada reabilitasiya mərkəzində yanğın 12:02 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 70 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meksikada reabilitasiya mərkəzində yanğın

Çoxlu sayda ölü və yaralı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Quanajuato əyalətinin səlahiyyətliləri tərəfindən verilən açıqlamada, San Xose İturbide şəhərində narkotik aludəçilərinin müalicə aldığı reabilitasiya mərkəzində yanğın baş verdiyi bildirilib.

Açıqlamada yanğında binada olan 12 nəfərin həyatını itirdiyi, ən azı 3 nəfərin də yaralandığı və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Meksika mətbuatında çıxan xəbərlərə görə, bəzi “özəl” reabilitasiya mərkəzləri yoxlanılmır, kifayət qədər vəsait yoxdur və “tez-tez” sui-istifadə olunur.

Bildirilir ki, zorakılığın tez-tez baş verdiyi ölkədə reabilitasiya mərkəzləri də analoji “hücum”ların hədəfindədir.

Quanajuato ştatı yüksək qətl nisbəti ilə seçilir. Yeni nəsil Xalisko karteli ilə “Santa Rosa de Lima Karteli” cinayət təşkilatı arasında baş verən qarşıdurmalar səbəbindən ştatda qətllərin sayının çox olduğu təxmin edilir.