vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
Kataloniyada “qara pişik” qorxusu 09:12 | 20 oktyabr 2025 | Bazar ertəsi Məqaləyə 96 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kataloniyada “qara pişik” qorxusu

35 günlük qadağa

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniyanın Kataloniya bölgəsində yerləşən Terrassa şəhərində, “uğursuz ritualların” qarşısını almaq məqsədilə Hellouin bayramı dövründə qara pişiklərin sahiblənilməsi müvəqqəti olaraq qadağan edilib.

Şəhərin heyvan rifahı xidməti açıqlayıb ki, oktyabrın 6-dan noyabrın 10-a qədər qara pişiklərin baxım və ya sahiblənilmə müraciətləri qəbul edilməyəcək. Məqsəd, bu heyvanların zərər görməsinin və ya bayram bəzəyi kimi istifadə edilməsinin qarşısını almaqdır.

Terrassa bələdiyyə sədrinin müavini Noel Duque, “RTVE” telekanalına açıqlamasında bildirib ki, Hellouin ərəfəsində qara pişiklərə sahib çıxmaq istəyənlərin sayı artır. Onun sözlərinə görə, bəzən insanlar sadəcə “moda olduğu üçün” və ya emosional qərarla pişik götürür, bu isə heyvanların sonradan tərk edilməsinə və ya sui-istifadəyə səbəb olur.

Qərb mədəniyyətində qara pişiklər çox vaxt cadugərlik və uğursuzluqla əlaqələndirilir, lakin Yaponiya və Misir kimi ölkələrdə onlar uğur və rifah simvolu hesab olunur.

“BBC”nin məlumatına görə, Terrassa bələdiyyəsi şəhərdə qara pişiklərə qarşı zorakılıq hadisəsi qeydə alınmadığını, lakin digər bölgələrdə bu cür halların yaşandığını bildirib. Qərarın, heyvan hüquqları təşkilatlarının xəbərdarlıqlarından sonra qəbul edildiyi qeyd olunub.

Kataloniya Xəbər Agentliyinin məlumatına əsasən, Terrassada 9 min 800-dən çox pişik yaşayır, onların təxminən 100-ü sığınacaqlardadır, 12-si isə qara rəngdədir.

Qadağa müddətində istisna hallarda müraciətlər fərdi şəkildə qiymətləndiriləcək, normal sahiblənmə prosesi Hellouindən sonra bərpa ediləcək.