vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QƏZA, FACİƏ  
28 metrlik lüks yaxta külə döndü 16:29 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

28 metrlik lüks yaxta külə döndü

3 milyonluq “Da Vinçi” batsa da ekipaj xilas edildi

CEYLİN

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniyanın İbisa açığında 28 metrlik “Da Vinci” adlı super yaxtada yanğın başladı. Alovlar yaxtanın qısa müddətdə batmasına səbəb oldu. İspaniya Dəniz Xilasetmə Xidməti tərəfindən verilən açıqlamada, yanğının yatın mühərrik otağında başladığı və sürətlə bütün gəmini bürüdüyü bildirildi. Açıqlamada, “Bölgəyə xilasetmə gəmilərimiz və yanğınsöndürmə qrupları göndərildi” ifadələrinə yer verildi.

Vaxt.az xəbər verir ki, gəmidəki 4 sərnişin, 2 heyət üzvü və kapitanın təxliyə edildiyi açıqlanıb.

İspaniya Dəniz Xilasetmə və Təhlükəsizlik Cəmiyyətinin (“Salvamento Marítimo”) açıqlamasına görə yanğın mühərrik otağında başlayaraq sürətlə bütün gəmini bürüyüb. Xilasetmə əməliyyatında “Concepción Arenal” və “Salvamar Naos” gəmiləri iştirak etdi və yeddi nəfəri təhlükəsiz şəkildə quruya çatdırdı

“The Sun” qəzeti bildirdi ki, 91 fut (28 metr) uzunluqda olan yaxta qiyməti təxminən 1,4 milyon funt sterlinq (3.23 milyon manat) olaraq dəyərləndirilirib

Yanğının intensiv alovları və qalın qara tüstü göyü bürüyüb. Yanğınsöndürmə gəmiləri gəmini sudan xilas etmək üçün müdaxilə edib, lakin bu cəhd uğursuz olub.

“Daily Tribune”in verdiyi xəbərə görə, yaxtanın 225 000 avro həcmində həftəlik kirayə dəyəri var olub. Yanğın səbəbi hələ araşdırılır. “Da Vinci” unikal interyer və maksimal 10 nəfər tutumu ilə tanınırdı.