vaxtlı-vaxtında oxuyun! Şənbə, 24 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
Abramoviçə virtual zərbə 15:09 | 24 may 2025 | Şənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abramoviçə virtual zərbə

Məşhur milyarderin Marmarisdə lövbər salmış yaxtasının məlumatları oğurlanıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur milyarder Roman Abramoviçin Marmaris sahillərində lövbər salan “Eclise” yaxtası ilə bağlı məlumatlar Şimali Koreya tərəfindən qaçaqmalçılıq məqsədilə saxtalaşdırılıb. Hakerlər lüks yaxtanın sisteminə sızıblar.

Beynəlxalq dəniz təhlükəsizliyi baxımından narahatlıq doğuran inkişaf var. “MarineTraffic” məlumatlarına görə, Şimali Koreya bayrağı altında üzən yük gəmisi mayın 6-da Sarı dənizdə üzərkən dünyanın ən bahalı yaxtalarından biri olan “Eclipse”in şəxsiyyət məlumatını kopyalayan avtomatlaşdırılmış siqnal göndərib. Saxta siqnalla Çinin Yantay limanına daxil olan gəminin Şimali Koreya kömürünü boşaltdığı bildirilib.

***

2006-cı ildən bəri Birləşmiş Millətlər Təşkilatının sanksiyaları ilə kömür ixracına qadağa qoyulan Şimali Koreyanın bu qadağanı keçmək üçün rəqəmsal şəxsiyyət saxtakarlığına əl atdığı iddia edilib. NTV-nin verdiyi xəbərə görə, rusiyalı milyarder Roman Abramoviçə məxsus “Eclipse”in məlumatları saxta AIS (Avtomatik İdentifikasiya Sistemi) siqnalları vasitəsilə kopyalanıb. Siqnal izləmə zamanı Marmarisdə lövbər saldığı görünən yaxtanın əslində heç yerindən tərpənmədiyi ortaya çıxıb.

***

Dəniz təhlükəsizliyi üzrə ekspertlər qeyd ediblər ki, belə AIS saxtakarlığı təkcə iqtisadi sanksiyalardan yayınmaqla məhdudlaşmır, həm də qlobal dəniz hərəkəti təhlükəsizliyini təhdid edir. Qeyd olunur ki, rəqəmsal izləmə vasitəsilə piratçılıq, qaçaqmalçılıq və sanksiyalardan yan keçmək cəhdləri dəniz təhlükəsizliyində yeni dövrün siqnallarıdır.

***

162 metr uzunluğu ilə diqqət çəkən Eclipse, Abramoviçin Avropadakı varlıqlarının dondurulmasından sonra Türkiyəyə sığınıb və təxminən 3 ilə yaxındır ki, Marmaris limanında lövbər salır. O, iki vertolyot meydançası, kinoteatr, üzgüçülük hovuzları, raketdən müdafiə sistemi və lazer əsaslı paparassilərin qarşısını alan texnologiyası ilə seçilir. İndi bu üzən saray qlobal kiberalveri qalmaqalının rəqəmsal qurbanına çevrilib.

Cənubi Koreyada yerləşən “NK News”a görə, Şimali Koreya gəmiləri dənizdə görünməz olmaq üçün tez-tez AIS sistemlərini söndürür və ya digər gəmilərin özəl məlumatlarından istifadə edir. Tutulma hadisəsi bu taktikaların gəldiyi yeni ölçünü ortaya qoyub.