
Almaniya Litvaya qoşun göndərir
“NATO ərazisini müdafiə etməkdə qərarlıyıq”
“NATO ərazisini müdafiə etməkdə qərarlıyıq”
Moskvanın hərbi güclənməsi yaxından izlənilir, qadınlar təlimə cəlb olunub
Tarix təkrar olunur, hər şey plan üzrə gedir
Rus əsgərlərinin radio danışıqları sızdı
NATO-dan Rusiya xəbərdarlığı: “İndi bütün NATO Rusiya ilə sərhəddir”
Uçuşlar dayandırıldı, internet dayandırıldı
Donald Tusk: “Biz Baltik dənizində geridə qalan şübhəli rus gəmisinə qarşı müdaxilə etdik”
Paşinyan Rusiyanın təhlükəsizliklə bağlı sözlərini qulaq ardına vurur
Hindistan məcbur oldu, Rusiya isə buna çalışır
Putin Kurska gedib
Xerson və Slovyanskda evlərə ziyan dəyib
Ukraynalılar Tramp-Putin danışıqlarına bədbindir
Helsinki 200 milyon avro dəyərində 28-ci hərbi yardım paketini açıqlayıb
Papa XIV Leo Moskva ilə Kiyev arasındakı dayanmış danışıqları işə sala biləcəkmi?
17-ci dünən açıqlanmışdı
Almaniyalı nazir: “Rusiyanın atəşkəs cəhdləri ərəfəsində hücumlarını artırması buna sübutdur“
“Rusiya oliqarxı” ifadəsinə son dövr tez-tez rast gəlinir. Amma oliqarx tam olaraq kimdir? Oliqarx sadəcə zəngin insan demək deyil. Onun həm də güclü siyasi əlaqələri və nüfuzu var. Bəs, rusiyalı oliqarxlar bu nüfuza necə sahib oldular? Bunu anlamaq üçün biz oliqarxların qalxışına nəzər salmalıyıq.
Sovet İttifaqında ilk dəfə özəl sahibkarlığa 1980-ci illərin sonunda icazə verildi. Ona qədər bütün müəssisələr dövlətin nəzarətində idi. Hökumət özəl biznes müəssisələrinin fəaliyyətinə icazə verəndə, ona rəhbərlik edəcək insanları da müəyyən edirdi. Məsələn, o zaman iddialı yeniyetmə olan Roman Abramoviç uşaq oyuncaqları fabrikini idarə etməyə icazə almağa müvəffəq olmuşdu.
1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiya prezidenti Boris Yeltsin ölkəni sürətli şəkildə bazar iqtisadiyyatına transformasiya etmək istəyirdi. Müəssisələrin özəlləşdirilməsi məqsədilə hökumət vətəndaşlar üçün “özəlləşdirmə çekləri” buraxdı. Həmin çeklər dəyişdirilə və satıla bilərdi. Zəngin vətəndaşlar sıravi rusiyalılardan çekləri alıb, onlardan yeni özəl şirkətlərin səhmlərini əldə etmək üçün istifadə etdilər.
Yeni biznes rəhbərləri, və ya oliqarxlar əsasən Sovet rəhbərliyinə yaxın olanlar, o cümlədən qara bazarda fəaliyyət göstərənlər idi – iddialı və nüfuzlu.
1994-cü ilə qədər 15,000 dövlət müəssisəsi özəlləşdirildi və oliqarxlar tez bir şəkildə əllərində böyük miqyasda sərvət cəmləşdirdilər. 1995-ci ildə Rusiya hökumətinin pula ehtiyacı olanda, ən zəngin oliqarxlardan milyardlarla dollar borc istənildi. Əvəzində, hökumət oliqarxlara hələlik özəlləşdirilməmiş müəssisələrin səhmlərinin böyük hissəsini verdi.
Həmin müəssisələrin xeyli hissəsi hökumət tərəfindən dəyəri azaldılmışdı. Bu isə oliqarxlara nəhəng sərvət yığmağa kömək etdi. Məsələn, BBC-nin tədqiqatına əsasən, Abramoviç 250 milyon dollar ödəyərək, Sibneft şirkətinin səhmlərinin böyük hissəsinə sahib oldu. O, həmin şirkəti on il sonra 13 milyard dollara dövlətə geri satıb.
Hökumətlə razılaşmaya görə oliqarxlardan siyasi elitanın hakimiyyətdə qalmasına kömək etmələri gözlənilirdi. Oliqarxların mətbuata, banklara və digər sənayelərə nəzarətindən istifadə edilərək Yeltsin yenidən prezident seçilmişdi. Yeltsin hakimiyyətdən getməyə hazırlaşanda oliqarxlar onun davamçısı olaraq Vladimir Putini seçməyə kömək etmişdilər.
Putin hakimiyyətə gəldikdən sonra o, oliqarxlar arasında güc balansını dəyişdirdi. KQB-dən olan köhnə tanışlar bundan daha çox faydalandı. Təndiqçilər isə istintaqa cəlb olundu. Həmin an Rusiyanın ən zəngin insanı olan Mixal Xodorkovski və onun kimi bəzi oliqarxlar həbs edildi. Abramoviç kimi loyal qalanlar isə öz sərvətlərini qoruya bildilər.
Qərb ölkələri Ukrayna işğalına Rusiyaya sanksiyalar tətbiq edəndə oliqarxlar aydın hədəf idi. Oliqarxların Qərbdəki mülkləri müsadirə edildi. Abramoviç Britaniya hökumətinin sanksiyalarından öncə “Chelsea” Futbol Klubunu satışa çıxardı. Oliqarx böyük bir ehtimal bu satışdan heç nə əldə etməyəcək.
Amma hələlik aydın deyil ki, oliqarxlara qarşı tətbiq edilən sanksiyalar Putinin Ukrayna siyasətinə necə təsir edəcək. “Forbes”in verdiyi məlumata əsasən sanksiyalara baxmayaraq, aprel ayının sonunda Abramoviçin sərvəti 8.9 milyard dollar təşkil edib.