Epşteyn işi Mandelsonu sonu oldu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
13:44 | 11 iyun 2025 | Çərşənbə
Məqaləyə 330 dəfə baxılıb
Şriftin ölçüsü
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
74 maddə üzrə ittihamlar irəli sürən federasiyasının tələbləri var
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç peşəkar futbolla bütün əlaqələrini kəsdiyini açıqlayıb. Britaniya hökuməti “Çelsi”nin satışından əldə olunan 2,5 milyard funt-sterlinqin Ukraynaya köçürülməsi üçün təzyiqləri artırır.
Rusiyalı milyarder Roman Abramoviç peşəkar futbolla bağlı bütün rollarından istefa verdiyini və bundan sonra heç bir klubda işləmək fikrində olmadığını açıqlayıb.
“The Daily Mail”in məlumatına görə Abramoviçin açıqlamaları “Sanctioned: The Inside Story of the Sale of Chelsea FC”, – adlı kitabın bir fəslində yer alıb.
Abramoviç kitabın müəllifi Nik Purevala, “Klub mülkiyyəti və ya hər hansı bir peşəkar rol... Mən artıq o dəftəri bağladım”, – deyib.
Buna baxmayaraq, Abramoviç gələcəkdə “Chelsea” matçına gedərək klubla normal vidalaşmaq istədiyini deyib.
***
Futbola qayıtmayacağını açıq şəkildə bildirən Abramoviç istisna hal kimi imkansız gənclərə dəstək olacaq layihələrə töhfə verəcəyini bildirib.
Abramoviç, “Əgər mənalı bir fürsət olarsa, gənclərə kömək etmək istərdim”, – deyib.
2022-ci ildə Ukraynada müharibənin şiddətlənməsindən sonra Britaniya hökuməti Abramoviçə Kremllə yaxın əlaqələri olduğunu əsas gətirərək ona qarşı sanksiyalar tətbiq edib.
Bu proses zamanı “Çelsi” Futbol Klubunun satışı təsdiqlənib və klub 2,5 milyard funt-sterlinq qarşılığında ABŞ mərkəzli konsorsiuma verilib.
Lakin satışdan əldə olunan gəlir Abramoviçin razılığı olmadan istifadə edilə bilməz. Pul hələ də İngiltərədəki hesabda dondurulur.
***
Keçən həftə Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs və xarici işlər naziri Devid Lammi birgə bəyanat yayaraq Abramoviçə çağırış ediblər.
Bəyanatda deyilir ki, “Çelsi”nin satışından əldə olunan gəlir Ukraynaya humanitar yardım üçün istifadə edilməlidir. Hökumət Abramoviçin razılıq vermədiyi təqdirdə qanuni addım ata biləcəklərini bəyan edib.
Abramoviç isə iddia edir ki, satışdan əldə olunan vəsait təkcə Ukrayna üçün deyil, müharibənin qurbanı olan bütün insanlar (həm Ukrayna, həm də Rusiya tərəfindəki mülki şəxslər) üçün istifadə edilməlidir.
“The Guardian” yazır ki, Abramoviçin hüquq komandası ilə intensiv danışıqlara baxmayaraq, məsələ ilə bağlı “fundamental fikir ayrılığı” həll olunamayıb.
Kremllə hər hansı bir əlaqəsini inkar edən Abramoviç əvvəllər Moskva ilə Kiyev arasında vasitəçilik edən azsaylı adlardan biri olub.