Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
10:28 | 23 iyul 2025 | Çərşənbə
Məqaləyə 1228 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Qızıl, ABŞ Prezidenti Donald Trampın Yaponiya ilə uzun müddətdir gözlənilən ticarət razılaşmasını açıqlamasından sonra üç günlük yüksəlişdən sonra bir qədər dəyər itirdi.
Əsas qızıl (külçə) qiyməti 0,3 faiz azalaraq unsiya başına təxminən 3,420 dollar səviyyəsində ticarət edildi. Razılaşmaya əsasən, ABŞ-ın mühüm müttəfiqi olan Yaponiya ABŞ-a 550 milyard dollar investisiya qoymaq niyyətindədir. Bu isə qızıl kimi “təhlükəsiz liman” aktivlərinə olan tələbi azaldıb.
Dünya ölkələri avqustun 1-dən əvvəl yeni ticarət razılaşmaları əldə etmək üçün yarışarkən, investorlar xüsusilə Çinlə aparılan danışıqlarda irəliləyiş barədə aydınlıq gözləyirlər. ABŞ Maliyyə naziri Skott Bessent çərşənbə axşamı verdiyi açıqlamada, gələn həftə Stokholm şəhərində Çinli tərəfdaşları ilə üçüncü raund danışıqların keçiriləcəyini bildirib. Danışıqların məqsədi tariflərin atəşkəsini uzatmaq və müzakirələri genişləndirməkdir.
Bakı vaxtı ilə saat 6:41-də spot qızıl 0,3 faiz azalaraq onsu 3,422.09 dollar səviyyəsində idi. “Bloomberg Dolar Spot İndeksi” isə əvvəlki sessiyada 0,4 faiz azalmanın ardından 0,1 faiz artım göstərdi. Gümüş, platin və paladyum qiymətləri isə aşağı düşdü.