vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
Sülhün iqtisadi faydası 18:16 | 21 oktyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sülhün iqtisadi faydası

Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyev bu addımı, uzun illər davam edən qarşıdurmadan sonra iki ölkə arasında münasibətlərin istiləşməsinin göstəricisi kimi dəyərləndirib. Nailə Bağırovanın “Reuters” Agentliyinin saytında dərc olunan məqaləsində belə deyilir.

Vaxt.AZ agentliyə istinadən xəbər verir ki, İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevlə Astanada keçirilən görüşdə bildirib ki, Qazaxıstan buğdasının Azərbaycan üzərindən Ermənistana daşınması, tranzitin SSRİ-nin son illərində – iki qonşu arasında müharibənin başlandığı dövrdən bəri ilk dəfə həyata keçirilməsidir.

“Düşünürəm ki, bu, həm də onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh artıq yalnız kağız üzərində deyil, praktik reallıqdır”, – deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi və Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib ki, yük daşımaları Gürcüstan üzərindən Ermənistana çatdırılacaq. O, bu tranziti “sülhün iqtisadi faydası” kimi xarakterizə edib.

Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi isə Azərbaycan Prezidenti İlham Əliyevin qərarını “regional kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın gücləndirilməsi və Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün institusional təminatı baxımından mühüm addım” adlandırıb.

Azərbaycan və Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında Dağlıq Qarabağ üzərində başlamışdı. Həmin dağlıq ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşsə də, 30 ilə yaxın müddətdə de-fakto separatçı idarəetmənin nəzarətində olmuşdu. Azərbaycan 2023-cü ildə ərazi üzərində tam nəzarəti bərpa etdi.

İki ölkə avqust ayında ABŞ vasitəçiliyi ilə sülh sazişi üzrə razılığa gəlib. Lakin sənədin rəsmi imzalanması üçün hələ də bir sıra mühüm maneələr qalır. Onlardan biri Azərbaycanın Ermənistandan konstitusiya dəyişiklikləri tələbidir.

Sülh sazişinin reallaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini dəyişə bilər. Bu region zəngin enerji resurslarına və Asiyanı Avropa ilə birləşdirən əsas tranzit marşrutlarına malikdir. Xüsusilə Ukrayna müharibəsi səbəbindən Rusiya üzərindən Avropaya ticarət yollarının bağlanmasından sonra regionun strateji əhəmiyyəti daha da artıb.

ABŞ tərəfindən təşəbbüs göstərilən və eksklüziv şəkildə inkişaf etdiriləcək strateji tranzit dəhlizi layihəsi də Bakı ilə İrəvan arasında enerji ixracını və iqtisadi əlaqələri gücləndirməyə yönələcək.