vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
Yarığa düşən adamı iti xilas edib 16:57 | 7 iyul 2025 | Bazar ertəsi Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yarığa düşən adamı iti xilas edib

Xilasedicilər şəxsi tapa bilmirmiş

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçrədə yarığa düşən bir adamı itinin xilas etdiyi açıqlanıb. “Air Zermatt” xilasetmə qrupu elan etdi ki, bu "qeyri-adi" xilasetmə iyun 4-də Saas-Fi üzərindəki Fi buzlaqında baş verib.

Açıqlamaya görə, cümə günü bir kişi iti ilə Cənubi Alp dağlarında buzlaqda gəzintiyə çıxıb. Kişi qəfildən 8 metr dərinlikdə olan yarığa düşüb. Onun balaca iti yuxarıda, düz yarığın yanında qaldı.

Yıxılan adamın yanında həvəskar radiosu olub. Kişi bunun sayəsində kömək çağıra bilsə də, axtarış-xilasetmə qrupları onun yerini tapmaq üçün çox çalışmalı olub.

Uollis kantonunda “Air Zermatt” regional xilasetmə xidmətinin verdiyi açıqlamada çökmə sahəsi üçün başladılan işlərin çətin olduğu, buzlaq səthinin geniş olduğu və adamın düşdüyü dəliyin çətinliklə göründüyü bildirilib.

Lakin sonra xilasedicilərdən biri qaya üzərində kiçik bir hərəkət görüb. Çihuahua hələ də yarığın kənarında dayanmışdı.

“Air Zermatt” daha sonra nə baş verdiyini danışıb: "İtin davranışı sayəsində komanda qəzanın harada baş verdiyini dəqiq müəyyən edə bildi. Komanda adama kəndirlə çata bildi. Deyə bilərik ki, itin davranışı bu uğurlu xilasetmə işinə mühüm töhfə verdi."