Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
18:17 | 2 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 11205 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Ardıcıl üçüncü gündür ki, neft qiymətlərində eniş tendensiyası də davam edir. Qlobal bazarda təklifin artması ilə bağlı narahatlıqlar sürərkən, OPEC+ qrupunun hasilat artımlarını sürətləndirə biləcəyi gözləntiləri qiymətlərə təzyiqi artırıb. “Brent” markalı xam neftin dekabr fyuçersləri əvvəlki iki gündə təxminən 5% dəyər itirdikdən sonra hazırda barel başına 65 dollar ətrafında alınıb-satılır.
OPEC+ üzvləri bu həftəsonu keçirəcəkləri iclasda üç ay ərzində hər ay 500 min barel hasilat artırılmasını müzakirə edə bilərlər. Bu ehtimal bazarda tarazlığın pozula biləcəyi ilə bağlı yeni narahatlıq yaradıb. Lakin OPEC rəsmiləri hələlik belə bir artım barədə konsensusun olmadığını, danışıqların da rəsmi şəkildə başlamadığını bildiriblər.
Bazar üzərindəki təzyiqin digər mənbəyi isə aparıcı qurumların 2024-cü il üçün təklif bolluğu proqnozlarını yüksəltməsidir. Beynəlxalq Enerji Agentliyi (IEA) gələn il rekord səviyyədə artıq təklif yaranacağını proqnozlaşdırır. “TotalEnergies” isə 2025-ci ilin ilk rübündə əhəmiyyətli həcmdə artıq təklifin ola biləcəyinə işarə edib.
Bununla yanaşı, ABŞ-ın iyul ayında gündəlik 13,6 milyon barel ilə rekord həddə çatan xam neft hasilatı da qiymətlərə təzyiq göstərən başqa bir amil kimi önə çıxır. Yüksək hasilat səviyyələri qlobal təklif-tələb balansını pozur.
Neft qiymətlərindəki enişə baxmayaraq, Rusiyanın tətbiq etdiyi dizel ixracı qadağası və benzin məhdudiyyətlərinin uzadılması bazara dəstəyi məhdud olub. Gözlənilən addımlar olduğuna görə bu xəbərlər qiymətlərə güclü təsir göstərməyib.
Bununla belə, bəzi investorlar hesab edir ki, OPEC+ nəzərdə tutulan hasilat artımını tam şəkildə həyata keçirə bilməyə bilər. Xüsusilə Səudiyyə Ərəbistanının hasilat gücünə dair ehtiyatlı mövqeyi bu ehtimalı gücləndirir. OPEC+ toplantısından çıxacaq qərarlar yaxın dövrdə qiymətlərin istiqamətini müəyyənləşdirəcək əsas amillərdən biri olacaq.