ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
10:28 | 2 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 1257 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
ABŞ hökumətinin bağlanmasından sonra Donald Tramp administrasiyası federal işçilərin sürətlə işdən azad edilməsinə hazırlaşır. Buna səbəb Demokrat senatorların səhiyyə xərcləri və “Obamacare” subsidiyaları ilə bağlı tələblərinin qarşılanmaması üzündən müvəqqəti büdcə paketini əngəlləməsi olub.
Müşahidəçilər bu addımı Respublikaçıların Demokratları təzyiq altına almaq və hökumətin yenidən açılmasına nail olmaq üçün sərt taktika kimi qiymətləndirirlər. Ağ Evin Büdcə direktoru Rassel Vouta yaxın mənbələrə görə, dünən Nümayəndələr Palatasının üzvlərinə bəzi federal qurumların 1-2 gün ərzində işçiləri işdən çıxaracağını bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt də jurnalistlərə açıqlamasında işdən çıxarılmaların iki gün içində, çox yaxın vaxtda baş verəcəyini deyib. Lakin hansı qurumların və vəzifələrin hədəf alınacağı barədə detallı məlumat verməyib.
Tramp və komandası hökumətin bağlanmasını fürsət bilərək federal idarələrin miqyasını azaltmaq istiqamətində addımları sürətlə həyata keçirir. Dünən saatlarında Nyu-York şəhərindəki “Second Avenue Metro” və “Hudson” tuneli də daxil olmaqla infrastruktur layihələrinə ayrılan 18 milyard dollarlıq federal maliyyələşdirmə dayandırılıb.
Rassel Vout bu qərarı, hökumətin bağlanmasından çox müxtəliflik və bərabərlik proqramları ilə bağlı narahatlıqlarla izah etsə də, bu addım Demokrat liderlər Çak Şumer və Hakim Cefrisin seçicilərinə birbaşa təsir edib. Çünki hər iki siyasətçi Konqresdə Nyu-York ştatını təmsil edir.
Bundan başqa, Vout 2024-cü il prezident seçkilərində Kamala Harrisə səs verən ondan çox ştatda bərpa olunan enerji layihələrindən 8 milyard dollarlıq kəsinti ediləcəyini açıqlayıb. Tramp isə bu həftənin əvvəlində hökumətin bağlanmasının “Demokratların işlərini” hədəfə almaq üçün istifadə ediləcəyi barədə xəbərdarlıq etmişdi.