
“Stadionlar burada, bəs xəstəxanalar hanı?”
Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu
Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu
Kenya hökuməti şimal ağ kərgədanlarını 24 saat silahlı qoruma altında saxlayır
Yağışın azalması və yüksək temperatur planeti yaşanmaz hala gətirəcək
Bununla belə Pekinin ixrac payı Vaşinqtondan iki dəfə azdır
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
Afrikanın ən varlı 4 nəfəri qitə əhalisinin yarısından daha çox sərvətə sahibdir – “Oxfam”
“Dambo” cizgi filminin oxşar variantı faciə ilə bitib
Bir qrup gənc evə basqın edib 6 nəfəri öldürdü
Qanada “Meymun çiçəyi” ilə xəstə sayı 133-ə yüksəlib
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
Bill Qeyts Afrikaya böyük bir ianə vəd edir
Mərakeşin şimalında meşə yanğınları 5 gündür davam edir
Seneqal bütün xarici qoşunları ölkədən çıxarır
Virus Sierra Leonedə epidemiyaya səbəb olub
Afrika Fransanın əlindən xilas olsa, ...
Mərakeşdə dövlət xidmətlərinin vəziyyətinə etiraz olaraq gənclərin öncülük etdiyi ölkəmiqyaslı aksiyalar zamanı polis iki nəfəri güllələyərək öldürüb. Hadisə paytaxt Rabatdan yüzlərlə kilometr cənubda yerləşən Leqliya qəsəbəsində baş verib. Rəsmilər bildiriblər ki, atəş özünümüdafiə məqsədilə açılıb.
Mərakeşin rəsmi “MAP” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadla yayılan məlumatında deyilir ki, polis özünü qorumaq qarışıqlıq yaradan iki şəxsə üçün atəş açıb. Həmin şəxslərin polis silahlarını ələ keçirməyə çalışdığı irəli sürülüb. Lakin bu iddianı təsdiqləyən şahid qeydə alınmayıb.
Sentyabrın 27-də başlayan və ictimaiyyətdə “Z nəsli” etirazları kimi tanınan aksiyalarda ilk dəfə insan ölümü qeydə alınıb.
Nümayişçilər məktəb və xəstəxanaların əsas xidmətlər üçün hələ də kifayət qədər büdcə ala bilmədiyini, əvəzində isə 2030 Dünya Kuboku üçün milyardlarla dollar xərclənməsini sərt tənqid edirlər.
Lidersiz şəkildə formalaşan bu hərəkat ölkəni hazırlıqsız yaxalayıb və Mərakeşin son illərdə gördüyü ən böyük etiraz dalğalarından birinə çevrilib.
Dünən kütləvi həbslərin ardından Mərakeşin bir çox şəhərində zorakılıq halları baş qaldırıb. Hadisələr daha çox iş yerlərinin məhdud, dövlət xidmətlərinin isə zəif olduğu bölgələrdə cəmləşib.
Paytaxt Rabatın yaxınlığında yerləşən kasıb Sale şəhərində yüzlərlə maskalı gənc – əksəriyyəti yeniyetmələr – avtomobilləri, bankları və mağazaları yandırıb, şüşələri sındıraraq qarət edib. O anlarda polis küçələrdə görünməyib.
İki gün qabaq çəkilmiş görüntülərdə isə ölkənin şərq və cənubundakı İnezqan və Ait-Amira kimi şəhərlərdə nümayişçilərin daş atdığı, avtomobilləri yandırdığı əks olunub.
Xaos hökumətin, müxalifətin və hərəkatın öz təşkilatçılarının xəbərdarlıqlarına baxmayaraq böyüyüb.
“Discord” platformasında yayılan açıqlamada “Gen Z 212” adlı etiraz hərəkatı çərşənbə günü iştirakçılara dinc qalmaq çağırışı edib və repressiv təhlükəsizlik yanaşmasını sərt sözlərlə tənqid edib.
Mərakeş Daxili İşlər Nazirliyi bu günə qədər 409 nəfərin saxlanıldığını açıqlayıb. Nazirlik bildirib ki, anonim şəkildə təşkil edilən aksiyalar qanun çərçivəsində qiymətləndiriləcək və qayda pozanlara qarşı sərt və güzəştsiz tədbirlər görüləcək.
Nazirliyin məlumatına görə, indiyədək 263 polis əməkdaşı yaralanıb, 142 polis avtomobili zədələnib. Bundan başqa, 20 mülki avtomobil dağıdılıb, 23 dinc sakin yaralanıb.