vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
DÜNYA  
Bir həftədə 14 yoluxma 09:41 | 3 iyul 2025 | Cümə axşamı Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir həftədə 14 yoluxma

Qanada “Meymun çiçəyi” ilə xəstə sayı 133-ə yüksəlib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbi Afrika ölkələrindən biri olan Qanada “Meymun çiçəyi” virusuna yoluxanların sayının 133-ə yüksəldiyi bildirilib. Qana Səhiyyə Xidmətindən (GHS) edilən açıqlamada, ölkənin 10 vilayətinin 46 rayonunda yoluxma hadisələrinin davam etdiyi bildirilib.

Açıqlamada ölkədə bir həftə ərzində 14 yeni “Meymun çiçəyi” virusu aşkar edildiyi, bununla da ölkədə may ayından bu yana yoluxmaların sayının 133-ə yüksəldiyi bildirilib.

Bildirilib ki, GHS bütün lazımi müdaxilələrin həyata keçirilməsini təmin etmək üçün Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Qana hökuməti mayın 19-da elan etmişdi ki, bu il ilk dəfə 4 nəfərdə “Meymun çiçəyi” aşkar edilib.

Ölkədə virusun yayılmasının qarşısını almaq üçün yüksək riskli qruplara qarşı peyvənd kampaniyasına start verilib.

***

“Meymun çiçəyi” virusu siçan və dələ kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və buna bənzər əşyalardan istifadə etmək və bədən mayeləri ilə təmasda olmaq yoluxmanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan 5-21 gün sonra görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, bel və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşümə, titrəmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Antiviral dərmanlarla müalicə olunan xəstəliyin xüsusi müalicə üsulu yoxdur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.