
Qana şokda
Adambaşı 170 min dollara oyun satmağa razılıq verilib
Adambaşı 170 min dollara oyun satmağa razılıq verilib
Adambaşı 170 min dollara oyun satmağa razılıq verilib
Adambaşı 170 min dollara oyun satmağa razılıq verilib
Adambaşı 170 min dollara oyun satmağa razılıq verilib
Qana prezidenti Con Dramani Mahama ətraf mühitin çirklənməsi ilə mübarizədə mühüm addım atıb. Paytaxt Akkrada keçirilən “2025-ci il Milli Ağac Əkmə Kampaniyası”nın açılışında çıxış edən Mahama, ölkə daxilində köpük idxalı və istehsalının qadağan ediləcəyini açıqlayıb.
Köpükdən xüsusilə qida qablaşdırmasında geniş istifadə olunduğunu xatırladan prezident bu materialın təbiətdə parçalanmadığı üçün ətraf mühitə ciddi ziyan vurduğunu vurğulayıb: “Ən böyük çirkləndiricilərdən biri köpük strafor materiallarıdır. Gedib yemək alırsan, o ağımtıl şeyin içinə qoyurlar, yeməyini bitirib zibil qutusuna atırsan. Bu, təbiətdə qalanda illərlə parçalanmayan və böyük tullantı problemlərinə səbəb olan maddədir. Ona görə də biz penoplastların idxalını və istehsalını qadağan edəcəyik”.
Mahama bildirib ki, hökumət bu qərarı ətraf mühitə həssas və davamlı inkişaf siyasətinin bir hissəsi kimi verib. O, dövlət və özəl sektorları qida qablaşdırmasında kağız və alüminium kimi ekoloji cəhətdən təmiz materialların istifadəsini tövsiyə edərək bu keçid prosesini dəstəkləməyə çağırıb.
Qanada ətraf mühit haqqında məlumatlılığı artırmaq üçün atılan son addımlar arasında plastik tullantıların təkrar emalı, plastik torbaların istifadəsinə məhdudiyyətlər və şəhərin təmizlənməsi layihələri daxildir.