Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
23:09 | 6 iyun 2025 | Cümə
Məqaləyə 317 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
ABŞ prezidenti Donald Tramp Çinə tətbiq etdiyi gömrük rüsumları ilə faktiki olaraq ticarət müharibəsinə başlamışdı. Çinin cavab tədbirləri gərginliyi artırdı. Bir gün əvvəl Tramp və Sinin telefon danışığı məsələnin həll olunduğundan xəbər verirdi. Tramp əvvəlcə Çinlə üz-üzə gəlib, sonra jest edib. O, maliyyə və ticarət katiblərinin Londonda Çin rəsmiləri ilə görüşəcəklərini açıqlayıb.
Prezident Tramp “Truth Social” hesabında ABŞ və Çin arasında keçiriləcək ticarət danışıqları ilə bağlı paylaşım edib.
Tramp, Maliyyə naziri Bessent, Ticarət naziri Lutnick və ABŞ Ticarət Nümayəndəsi səfir Qririn ticarət razılaşması ilə bağlı 9 iyunda Londonda Çin nümayəndələri ilə görüşəcəklərini bildirməkdən məmnunluğunu ifadə edərək, "Görüş çox yaxşı keçəcək. Mövzuya göstərdiyiniz marağa görə təşəkkür edirik", – deyib.
***
ABŞ Prezidenti Tramp və Çin Dövlət Başçısı Si Cinpin, iki ölkə arasında qarşılıqlı tarif artımı ilə artan ticarət gərginliyindən sonra dünən ilk dəfə telefonla danışıblar.
Tramp görüşlə bağlı açıqlamasında təxminən 1,5 saat davam edən görüşün çox məhsuldar və hər iki ölkə üçün çox faydalı olduğunu vurğulayıb.
Görüşdə əsasən iki ölkə arasında ticarət və gömrük tariflərini müzakirə etdiklərini ifadə edən Tramp, "Nümayəndə heyətlərimiz qısa müddət ərzində təyin olunacaq bir yerdə görüşəcək. Bizi Maliyyə naziri Skott Bessent, Ticarət naziri Hovard Lutnik və ABŞ Ticarət Nümayəndəsi səfir Ceymison Qrir təmsil edəcək”, – deyib.
***
Tramp aprelin 2-də Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etmişdi.
İki ölkə arasında Çinin cavabı ilə başlayan tarif qarşıdurması nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini yüzdə 145, Çin isə ABŞ-a 125 faiz rüsum tətbiq etmişdi.
Ticarət gərginliyinin artmasının ardından ABŞ və Çin rəsmiləri mayın 10-11-də İsveçrənin Cenevrə şəhərində tarif danışıqları aparmaq üçün görüşərək ikitərəfli gömrük rüsumlarını 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər.
Danışıqlardan sonra mayın 14-dən etibarən ABŞ-ın Çin mallarına tətbiq etdiyi gömrük rüsumlarını 90 gün ərzində 145 faizdən 30 faizə, Çinin isə ABŞ mallarına tətbiq etdiyi rüsumları 125 faizdən 10 faizə endirməsi razılaşdırılıb.
Mayın 30-da verdiyi açıqlamada Tramp Çini Cenevrədə əldə olunan razılaşmanın böyük bir hissəsini pozmaqda ittiham edib və bunu Çin prezidenti Si ilə müzakirə edəcəyini və problemin həll olunacağına ümid etdiyini bildirib.