vaxtlı-vaxtında oxuyun! Şənbə, 14 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAĞLAMLIQ  
Hər üç nəfərdən biri gərgin 09:33 | 3 iyul 2025 | Cümə axşamı Məqaləyə 199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər üç nəfərdən biri gərgin

Avropa ölkəsində psixoloji problemlər artır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada böyüklərin təxminən üçdə biri 2024-cü ildə özünü psixoloji cəhətdən pis hiss edib. Berlindəki “Robert Koch” İnstitutunun (RKİ) açıqladığı məlumatlara görə, keçən il böyüklərin 28,2 faizinin psixoloji rifahı aşağı olub. Bu nisbət RKİ-nin 2024-cü ildə “Almaniyada sağlamlıq” tədqiqat seriyasının ilk araşdırmalarından əldə edilb. Psixoloji rifah da ilk dəfə olaraq tədqiqatda xüsusi olaraq qiymətləndirilib.

Tədqiqatda 16 və daha yuxarı yaşda olan təxminən 47.000 insan iştirak edir. İştirakçılar mütəmadi olaraq sorğularla izlənilir və ən son sağlamlıq məlumatları toplanır. RKİ dekabrda bu böyük məlumat bazasının ətraflı elmi təhlilini “Sağlamlığın monitorinqi jurnalı”nda dərc etməyi planlaşdırır.