
Nə vaxt kiminlə xəyala qurmaq olar?
Ekspertlər bu davranışın arxasında duran səbəbləri də araşdırıblar
Ekspertlər bu davranışın arxasında duran səbəbləri də araşdırıblar
Həyatda maneələrlə qarşılaşanlara mütəxəssislərdən 5 məsləhət
Bəs, bu proses neçə yaşda başlayır?
Depressiyada olduğunuzu göstərən 5 əlamət
İmmun sisteminə zərbə vuran amillər
Həyat faciələrinin beyinə təsiri ömrün qalan illəri ərzində özünü göstərir
Tütün məhsullarının reklamı isə qadağan olunur
Bu qidalar alışqanlığı aradan qaldırmaq üçün idealdır
Nələrə diqqət etməli?
Nələrə diqqət etməli?
Türkiyənin məşhur Hacəttəpə Klinikasının həkimi, Anesteziologiya və Reanimotologiya doktoru Turanə Rəsulova şəkərli diabet və xərçəng xəstəliklərindən qorunmağın yollarını göstərir.
Stress və bədbəxtlik düşüncələri Şəkərli Diabet və Xərçəngə yol aça bilər.
İzah edim necə?
Genetik olaraq həyati təhlükəli vəziyyətlərdə stressə cavab üçün kodlanmış Simpatik sinir sistemimiz işə düşür. Bəsit dildə desək, bu sistem “savaş ya da qaç” mexanizmini başladır.
Stressi alqılayan Amiqdalamız neyrohumoral sistemimizin şefi olan Hipotalamusa xəbər göndərir, o da dərhal ACTH dediyimiz adrenokortikotrop hormonu sintezləyir. Onun təsiri ilə xəbər böyrəküstü vəzimizə gedir və stressə cavab olaraq Kortizol sintezlənir. Kortizol qaraciyərimizi işə salıb qanımıza şəkəri doldurur ki, savaşmaq ya da qaçmaq üçün enerjimiz olsun. Amma biz müasir dünyada nə savaşmırıq, nə də qaçmırıq, mürəkkəb və gərəksiz problemlərimizlə bu mexanizmi işə salıb qan şəkərimizi yüksəldirik. Sürəkli qan şəkərimiz yüksəldikcə mədəaltı vəzimiz şəkəri parçalamaq üçün insulin sintez edir və zamanla yorulan, tükənən mədəaltı vəzimizin hüceyrələri ölür və Şəkərli Diabet xəstəliyinə yaxalanırıq.
Xərçəng necə olur ki yaranır?
Əlbəttə ki, xərçəngin yaranma səbəbi multifaktorialdır, amma stressin də bunda rolu var. Stress və gərginlik, yuxarıda yazdığım “savaş, ya da qaç” mexanizmini işə salanda beynimizin və vücudumuzun immün sistemimiz “vecinə olmur”. Əsas məsələ ölməməkdir, həyatı qurtarmaq. Xroniki stress immun sistemi sürəkli təsir etdiyi üçün, immunitetimiz baş verən “xətaları” düzəldə bilmir və bu xətalar artıb çoxaldıqca xərçəng hüceyrəsinə çevrilir.
Odur ki, beynimizin reallığını stress və gərginliyə deyil, mutluluq, xoşbəxtlik duyğusuna və düşüncəsinə kökləməliyik. Sağlam düşüncə və duyğular sağlamlığın təməlidir.