
Hər üç nəfərdən biri gərgin
Avropa ölkəsində psixoloji problemlər artır
Avropa ölkəsində psixoloji problemlər artır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
Çox işlədiyiniz zaman həyəcan siqnalı verir
Hər 3 almandan 1-i depressiyadadır
Həyatda maneələrlə qarşılaşanlara mütəxəssislərdən 5 məsləhət
Bəs, bu proses neçə yaşda başlayır?
Vəziyyət həqiqətənmi bu qədər pisdir?
Alimlər əsəbləri oynadan iş yoldaşını beyin üçün faydalı sayır
İmmun sisteminə zərbə vuran amillər
Psixoterapevt Əli Nağıyev: «İllərlə aqressiv olan kişilərdə depressiv pozuntular var…»
Bu günə niyə «Mavi bazar ertəsi» deyirlər
Azərbaycanlı siyasətçilərdən kimlər psixoloqa müraciət edir?
Gənclər arasında niyə intihar hallarının artması cəmiyyəti hələ də narahat etmir
Flora Kərimova hədələdi
Kimsə dayanmadan ayağını tərpədir və ya barmaqları ilə oynayırsa, bu sizi əsəbiləşdirirmi? Cavabınız “bəli”dirsə, tək deyilsiniz.
Kanadanın Britaniya Kolumbiyası Universitetindən (UBC) tədqiqatçıların apardığı bir araşdırmaya görə, insanların təxminən üçdə biri başqalarının kiçik və təkrarlanan hərəkətlərini görməkdən ciddi şəkildə narahatlıq duyur. Bu vəziyyətə “misokineziya” adı verilir.
İlk dəfə 2021-ci ildə elmi şəkildə əhatəli formada təsvir edilən misokineziya, sözün əsl mənasında “hərəkət nifrəti” deməkdir. Həmin dövrdə “Scientific Reports” adlı rəyli elmi jurnalda dərc olunan araşdırmanın baş müəllifi psixoloq Samit Yasval, “Science Alert”ə verdiyi açıqlamada bu halı belə izah edir: “Misokineziya, başqa bir şəxsin əl və ya ayaq kimi əzalarını məqsədsiz, təkrarlayıcı şəkildə hərəkət etdirməsini görməklə tetikləşən güclü mənfi emosional reaksiyadır”.
Misokineziya, səslərə qarşı yaranan misofoniya adlı pozuntu ilə oxşarlıqlar daşıyır. Lakin bu halda qıcıqlandırıcı faktor görüntüdür – yəni hərəkətlər.
Tədqiqatçılar 4100-dən çox insanın iştirak etdiyi bir sıra təcrübədə universitet tələbələri və ümumi cəmiyyətdə bu vəziyyətin nə dərəcədə yayğın olduğunu araşdırıblar. Nəticələr diqqətçəkici idi.
İştirakçıların təxminən 33%-i gündəlik həyatda qarşılaşdıqları bu tərpənmələrdən narahatlıq duyduqlarını ifadə edirdi.
Psixoloq Todd Handi bu vəziyyətin insanlara sosial münasibətlərdə, iş mühitində və təhsil həyatında narahatlıq, qəzəb, gərginlik kimi reaksiyalarla mənfi təsir etdiyini qeyd edir. Bəzi şəxslər sadəcə bu səbəbdən sosial mühitlərdən uzaq qalmağı seçirlər.
Niyə narahat olurlar?
Tədqiqatçılar bu hadisədə beyindəki “ayna neyronların” rol oynaya biləcəyini düşünürlər.
Yasval deyir: “Ayna neyronlar – bir hərəkəti etdiyimiz zaman aktivləşdikləri kimi, həmin hərəkəti başqa birində gördüyümüzdə də işə düşürlər. Məsələn, kimsə ağrı hiss edəndə bizim də üzümüzü turşutmamız kimi”.
Bu mənada, tərpənən birini görən misokineziya xəstəsi həmin şəxsin narahatlıq halını beynində əks etdirir və özü də qeyri-ixtiyari şəkildə gərginlik hiss edə bilər.
2024-cü ildə Yasvalın rəhbərlik etdiyi əlavə bir araşdırmada isə misokineziya yaşayan fərdlərin bir stimuldən diqqətlərini ayırmaqda çətinlik çəkdiyi, yəni əsas problemin diqqətin yayınması deyil, diqqətin “ayrılmaması” olduğu irəli sürülmüşdü.
Həqiqi və yayğın bir problem
Elmi araşdırmalar yeni başlasa da, mövcud məlumatlar bu vəziyyətin real, yayğın və psixoloji baxımdan təsirli olduğunu göstərir.
Todd Handi misokineziyadan əziyyət çəkən insanlara belə səslənir: “Tək deyilsiniz. Bu problem düşündüyünüzdən daha yayğındır və yaşadığınız hal – gerçəkdir”.