
21.5 min nəfər geriləmə
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Başdan-ayağa sualdan ibarət statistika
Hər 100 manatın 5-i
Bir kvadratkilometrə 118 nəfər düşür
Proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir
Əksər qurumlarda boş vakansiyalar qalır
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
Azərbaycanda inflyasiyanın həddi açıqlandı
Ən çox zərərçəkənlər kişilərdir
DSK sədri belə deyir
26,4 faiz, yaxud ...
Meşə təsərrüfatının illik statistikası açıqlandı
Rəsmi statistika yayıldı
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
Azərbaycana gələn əcnəbilərin maraqlı statistikası
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6 faiz artıb.
VAXT.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,2 faiz, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ötən ay əvvəlki ayla müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım, düyünün, unun, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, soyuducuların, kondisionerlərin, iri alət və avadanlıqların, zərgərlik məmulatlarının qiymətlərində artım, paltaryuyan maşınların, elektrik soba və qaz plitələrinin, mobil telefonların, televizorların, fotoaparatların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.