
300 milyardlıq büdcə
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
Qərar 1 il 3 aydan sonra qüvvəyə minəcək
Nüvə tullantılarının saxlanılması üçün obyekt yaradılır
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
Comşofu müdafiə edən partiya yoldaşı ondan geri qalmadı
Tobias Billströmdan istefa qərarı
İsveç kəşfiyyatı: “Hərbi obyektlər və silah zavodları hədəfə alına bilər”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
İbadət evinin qarşısına dağıdılmış Qurani-Kərim qoydular
Finlandiyadan NATO bəyanatı: “İrəliləyiş olacaq”
Türkiyənin İsveçdən PKK tələbi Fransanın dövlət kanalını göynədib
Ərdoğan: “Əgər dərs alınsaydı, təkrarlanmazdı”
İsveç götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır
Finlandiya və İsveçin hərbi alyansa qoşulmasının prosedurları davam edir
İsveçlilər ərzaq qiymətlərinin artmasına qarşı sosial şəbəkələrdə boykot təşkil edirlər. Fevral ayında ərzaq qiymətləri son iki ildə ən çox bahalaşdıqdan sonra İsveçdə minlərlə insan keçən bazar ertəsi supermarketləri boykot edib.
7 günlük boykot zamanı vətəndaşlar “Willys”, “Lidl”, “Hemköp” və “Coop” kimi böyük şəbəkə marketlərdən alış-veriş etməyiblər.
Fəalların sosial şəbəkədəki paylaşımında aşağıdakı ifadələr yer alıb:
“İtirəcəyimiz heç nə yoxdur, ancaq qazanacağımız hər şey var. Ərzaq nəhəngləri və böyük istehsalçılar bizim arxamızdan milyardlarla dollar qazanc əldə edərkən, ərzaq qiymətləri sürətlə artıb”.
Məhsul izləmə saytı “Matpriskollen” görə, şokolad məhsulları keçən ay 9,2 faiz artımla bütün qidalar arasında ən böyük qiymət artımına sahib olub. Yağın qiyməti 7,2 faiz, pendirin qiyməti 6,4 faiz, süd və qaymağın qiyməti 5,4 faiz artıb.
İsveçdə bir ailənin illik yemək səbəti 2022-ci ilin yanvar ayından etibarən 30.000 SEK (təxminən 5100 manat) artıb. Bir paket qəhvənin də simvolik həddi 100 krona (təxminən 17 manat) çatacağı gözlənilir. Statistika İsveçin məlumatına görə, bu, ötən ilin əvvəlindən dörddə birdən çox artım deməkdir.
Boykotda iştirak edənlər deyirlər ki, qiymətlər bir neçə supermarket və iri istehsalçıların bazarda hökmranlığı ilə bağlıdır və rəqabəti qeyri-mümkün edir. Nəhəng şirkətlər qiymətlərin müharibə, geosiyasi böhranlar, artan əmtəə qiymətləri və iqlim böhranı kimi səbəblərə görə artdığını iddia edirlər.
Boykotun aparıcı simalarından biri, fəal tələbə Filippa Lind bunun həmrəylik aktı olduğunu bildirərək hökumətə çağırış edib: “Siyasətçilər işə qarışmalı və firmalar arasında rəqabətin olmaması səbəbindən yüksək qiymətlərə səbəb olan bu oliqopoliyanı qırmalıdırlar”.
Fəallar etirazı İsveçdə bazar payının təxminən üçdə birinə sahib olan ərzaq pərakəndə satışçısı “Ic”a və süd məhsulları istehsalçısı “Arla”ya qarşı üç həftəlik boykotla davam etdirməyi planlaşdırırlar. Onlar həmçinin bundan sonra boykot siyahısına daha çox şirkət əlavə edəcəklərini deyirlər.
Xüsusilə TikTok və “Instagram”da viral paylaşımlarla gündəmə gələn boykot siyasətçilər arasında da müzakirələrə səbəb olub.
Parlamentdə çıxış edən sosial demokrat Mikael Damberq sağ mərkəzçi Moderativ Birlik Partiyasının rəhbərlik etdiyi koalisiya hökumətini tənqid edib: “Bu gün İsveçdə adi ailələr yaşamaq üçün əmanət hesablarını boşaltır və borc pul alırlar”.
Maliyyə naziri Elizabet Svantesson cavabında bildirib ki, hökumət 2022-ci ildə işə başlayandan bəri inflyasiyanın aşağı düşməsi müşahidə olunur və 10 faiz civarındadır. Yanvarda 0,6 faiz olan inflyasiya fevralda 1,3 faizə yüksəlib. Svantesson qida məhsullarının qiymətinin yüksək olaraq qaldığını etiraf edib.
Kənd İşləri və İnfrastruktur Naziri Peter Kullgren də yerli ərzaq istehsalını artıracaq və İsveçdə rəqabəti genişləndirəcək bir paket üzərində çalışdıqlarını, lakin boykotları haqlı görmədiyini söylədi.