
“ABŞ bizi aldatdı”
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
Skandinaviya ölkələrində müharibə gərginliyi
Təhsildə Estoniya modeli Finlandiyanı geridə qoyub
Donald Tusk: “Biz Baltik dənizində geridə qalan şübhəli rus gəmisinə qarşı müdaxilə etdik”
Rusiya təyyarəsi ölkəni həyəcan vəziyyətinə salıb
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
Qələbə günü rus irqçiliyinə ibadət mərasiminə çevrilib
Bərbər salonunda baş verən hadisədə 3 nəfər ölüb
“Qara dəniz hövzəsi ölkələri də nümunə götürə bilər”
Hitlerin doğum günündə üç nasist bayrağı asılıb
Hərbi xərclər Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə qalxıb
Turistlər üçün ən ucuz Laos, ən bahalı isə İsveçrə olub
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
İsveçdə ərzaq qiymətlərinin kəskin artması ilə bağlı boykot
Qərar 1 il 3 aydan sonra qüvvəyə minəcək
İsveç Ədliyyə Nazirliyi Estoniya planı üçün zəruri hazırlıqların görülməsi barədə göstəriş verib. Mütəxəssislər İsveçin sürətlə artan həbsxana əhalisini yerləşdirmək məqsədilə Estoniya həbsxanalarında yer icarəyə götürməyə hazırlaşırlar.
Bu, Stokholm hökumətinin “ABŞ tərzi kütləvi həbs”ə üstünlük verərək cinayətkarların islahından uzaqlaşdığı kimi şərh edilir.
“The Guardian” qəzeti yazır ki, mərkəz-sağ hökumət dəstə zorakılığı ilə mübarizədə çətinlik çəkərkən və həbsxanaların doluluğu barədə xəbərdarlıq edilərkən, həbsxana kameralarının xaricdən təmin olunması təşəbbüsü İsveçin cinayət-ədalət sistemini dəyişdirməyi hədəfləyən siyasətlərin tərkib hissəsidir.
Ədliyyə Nazirliyi keçən həftə İsveç həbsxana və şərti azadlıq xidmətinə Estoniya planı üçün “zəruri hazırlıqları görmək” barədə göstəriş verdiyini açıqlayıb.
Stokholm və Tallin arasında iyun ayında imzalanan sazişə əsasən, Baltik ölkəsində təxminən 600 nəfərlik həbsxana kameralarının icarəyə götürülməsi gözlənilir.
***
Həbsxana xidmətinin son hesabatına görə, İsveçin məhbus sayı radikal sağın irəli sürdüyü sərt siyasətlərin nəticəsi olaraq bu il 7 800 nəfərdən 2034-cü ildə 41 000 nəfərə çata bilər.
Müşahidəçilər bunun, on illərdir islah və reinteqrasiya yönümlü həbsxana siyasətləri ilə fəxr edən ölkə üçün kəskin dönüş olduğunu bildirirlər.
Stokholm hökuməti dəstə cinayətlərinin yaratdığı misli görünməmiş zorakılıq dalğası ilə mübarizə apararkən məhkumların sayındakı artımı qarşılamayıb. Həbsxanalar Baş İdarəsinin rəisi Coakim Riğammar həbsxanaların həddindən artıq doluluq ucbatından “böhran vəziyyətində” olduğunu deyib.
***
Uzun müddət həbsdə qalan uşaqların sayı xüsusilə diqqət çəkir. Son illərdə yanaşmadakı dəyişiklik 15 yaşdan kiçik uşaqların on il və ya daha uzun müddət həbsdə saxlanmasına gətirib çıxarıb. Radikal sağ İsveç Demokratlarının dəstəyini alan hökumət ağır cinayətlərdə məsuliyyət yaşının 15-dən 14-ə endirilməsi təklifini nəzərdən keçirir. Əsas müxalifət mərkəz-sol Sosial Demokratlar da belə bir təklifi dəstəkləyəcəklərini açıqlayıb. İsveç Demokratları isə yaşı 13-ə qədər salmağı tələb ediblər.
***
Hökumət gələn ildən başlayaraq, gənc cinayətkarların adətən yerləşdirildiyi və maksimum cəzası dörd il olan təhlükəsiz gənclər baxım evlərinin yerinə gənclər həbsxanaları qurmağı planlaşdırır. Ədliyyə naziri Qunnar Strömmer Estoniya ilə bağlanan sazişin İsveç həbsxana və şərti azadlıq xidmətini “təzyiq altındakı vəziyyətdən” çıxmaq üçün vacib addım olduğunu bildirib.