Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:51 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 249 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İsveçrə ilə ABŞ arasında “F-35” böhranı yaranıb. Fransanın “Le Monde” qəzeti İsveçrənin 2022-ci ildə müqavilə imzaladığı 36 ədəd “F-35” döyüş təyyarəsi üçün əlavə xərclər ödəyəcəyini yazıb və bunun milli qalmaqala çevrildiyini qeyd edib.
Xəbərdə İsveçrənin alacağı döyüş təyyarələrinin 2022-ci ildə elan edilən 6 milyard İsveçrə frankıdan çox olacağı bildirilir.
Xəbərdə həmçinin İsveçrə hökumətinin son zamanlar ABŞ tərəfindən aldadıldığına işarə etdiyi və 19 sentyabr 2022-ci il tarixində paraflanan müqavilədə sabit qiymətin olduğunu müdafiə etdiyi bildirilib.
Xəbərdə F-35-lərin 2027-2030-cu illər arasında mərhələli şəkildə İsveçrə ordusuna təhvil veriləcəyi və bu günə qədər mövzuya səssiz qalan ABŞ rəhbərliyinin indi “sabit qiymət”lə bağlı anlaşılmazlıq olduğunu dilə gətirdiyi bildirilib.
Xəbərdə aylarla davam edən söz-söhbətlərdən sonra İsveçrənin müdafiə naziri Martin Pfisterin iyunun 25-də sözügedən “F-35”lərin alınmasının vergi ödəyicilərinə əlavə 1 milyard İsveçrə frankı bahasına başa gələ biləcəyini etiraf etmək məcburiyyətində qaldığı bildirilib. Vurğulanıb ki, problem əslində vəziyyət sabit qiymət məsələsində yox, bu təyyarənin seçimini məcbur etmək istəyənlərin beynində olub.
Xəbərdə bəzi müşahidəçilərin “F-35” üçün ödəniləcək əlavə xərcin ikiqat artırıla biləcəyini düşündüyü və bu həssas mövzunun yenidən gündəmə gəldiyi bildirilib.
Xəbərdə İsveçrənin hava qüvvələri pilotlarının seçdiyi Fransız “Rafale” döyüş təyyarələri yerinə “F-35”lərə üstünlük verməsindən bəri müzakirələrin davam etdiyi, İsveçrəli millət vəkili Piyer-Alayn Fridezin tender prosesinin Amerika təyyarəsi lehinə saxtalaşdırıldığını göstərən bir çox elementin olduğunu bildirib.
Fridez təyyarə seçimində müəyyən edilən kriteriyaların yalnız “F-35”ə uyğun hazırlandığını və “sabit qiymət” mifinin daha bahalı “F-35”in “Rafale”ə üstünlük verilə bilməsi üçün icad edildiyini söyləyib.
Bildirilib ki, millət vəkili bu təyyarələrin seçimi zamanı çoxlu sayda şəffaflıq qaydalarının pozulduğunu və bu vəziyyətin əsl dövlət qalmaqalı olduğunu deyib.