
10 min hotel “Booking.com”u məhkəməyə verir
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
İtaliyanın məşhur turizm bölgəsində dilənçilik qadağasına sərt reaksiya
Hansı dövlətin vətəndaşları daha çox ölkəyə vizasız səfər edə bilir?
Leipzigə məcburi eniş
AB və ölkə daxili uçuşların qiyməti qalxıb, qitə xaricinə səfərlər ucuzlaşıb
Bali adası cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə bilər
Məhbuslar başqa ölkəyə göndəriləcək
Meksika turist axınına etiraz edir
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
Şirkət manipulyasiya yolu ilə müştərilərindən artıq ödəniş alıb
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Hər gecəyə 3 faiz əlavə pul ödənəcək
Halüsinogen göbələk yeyənlər özlərini də itkin düşmüş sayıblar
Skandinaviya ölkələrində müharibə gərginliyi
Qiymətli əşyaları qarət edilib, bank hesabları boşaldılıb
İsveçli turizm şirkəti “Mixx Travel”ın qəfil iflası nəticəsində təxminən 1300 turist Türkiyə və Yunanıstanda hotellərdə çarəsiz vəziyyətə düşüb. Qaldıqları hotellər və planlaşdırılmış uçuşlar üçün yenidən ödəniş tələb olunur.
Norveçin VG qəzetinə danışan 23 yaşlı Sara Helen Lund-Tonnesen (Sara Helen Lund-Tønnesen) bildirib ki, qaldığı hotel artıq ödənilmiş xidmətlər üçün ondan bir daha pul istəyib. “Biz artıq agentliyə pul ödədik, indi bir daha tələb edirlər”, – deyə o şikayətlənib.
Sara, avqustun 1-i, cümə günü səhər saatlarında Alanyadakı hotelində səhər yeməyinə enərkən “Mixx Travel”ın iflas etdiyini öyrəndiyini deyib. Hotel resepsiyonunda onunla eyni vəziyyətdə olan təxminən 20 digər turistin də olduğu bildirilib. Hotelin əvvəlcədən ödənilmiş otaqlar üçün əlavə pul istədiyi qeyd olunur.
Hotellərə ödəniş olunmayıb, bəzilərinin dönüş uçuşları ləğv edilib
Alanyadakı “Bilkay Hhotel”in 60 otağından 33-ü “Mixx Travel” müştərilərinə ayrılmışdı. Lakin şirkətin maliyyə çətinlikləri səbəbindən hotel bu günə qədər həmin otaqlar üçün heç bir ödəniş almayıb.
Problemlər təkcə yerləşmə ilə məhdudlaşmır. Bəzi turistlərin dönüş uçuşları da ləğv olunub. Norveç aviaşirkəti “Norwegian”, “Mixx Travel” vasitəsilə sifariş olunmuş 2 avqust və sonrakı tarixli bütün biletləri ləğv edib. Bu isə çoxsaylı turistlərin geri qayıtmaq üçün əlavə, yüksək qiymətli biletlər almağa məcbur qalması deməkdir.
Oslodan olan Şteffen Şey (Steffen Schei) ailəsi ilə birlikdə dönüş biletləri üçün təxminən 19.000 Norveç kronu (təxminən 1.700 avro) ödəməli olduqlarını bildirərək, “Tamamilə çıxılmaz vəziyyətdəyik”, – deyib.
Sigorta dönüş xərclərini qarşılayacaq – təzminat üçün 3 ay vaxt
“Mixx Travel AB” şirkəti 2025-ci il 31 iyul tarixində gözlənilmədən iflas müraciəti edib. Şirkətin sahibi Ercan Seçilmiş, Yunanıstan mərkəzli “money-tourism.gr” saytına açıqlamasında, “Şirkəti xilas etmək üçün son ana qədər çalışdıq”, – deyib.
Seçilmişin sözlərinə görə, şirkətin sığortası, hotellərdə və ya uçuşlar səbəbilə yolda qalan turistlərin geri dönüş xərclərini qarşılayacaq. Lakin zərərçəkənlər kompensasiya almaq üçün iflasın elanından etibarən 3 ay ərzində müraciət etməlidirlər.
Digər tərəfdən, Türkiyədəki kəskin istilər vəziyyəti daha da çətinləşdirir. Xüsusilə turistik bölgələrdə müşahidə olunan su çatışmazlığı bəzi ərazilərdə gündə 10 saatlıq su kəsintilərinə səbəb olur.