
“WhatsApp”da təhlükəsizlik boşluqları
Keçmiş rəhbəri işçi “Meta”nı məhkəməyə verdi
Keçmiş rəhbəri işçi “Meta”nı məhkəməyə verdi
“Meta”nın CEO-su Markın adaşı olan vəkil 11 min dollar xərclədiyi səhifəsini aça bilmir
“Nvidia”nın gəlir hesabatı niyə bu qədər önəmlidir?
“Meta”dan “Google”a bulud müqaviləsi imzaladı
“META” və “Character.AI” kommersiya dələduzluğunda ittiham olunur
Sosial medianın aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
“Meta”nın təsisçisi Mark Zukerberq: “Ağıllı telefonlar tarix olacaq”
Maaşlar 100 milyon dollara çatır
Yaxşı niyyətli istifadəçilər də zərər çəkdi
AB-nin yeni TTPA qaydalarına reaksiya, platforma reklamları sinxron dayandırır
Texnologiya nəhəngləri arasında süni intellekt icraçı transferləri sürətlənir
Mesajları oxumağa ehtiyac olmayacaq
Amma “Apple”ı keçə bilməyib
Zakerberqin gizli süni intellekt siyahısı açıqlandı
“Meta”nın ABŞ ordusu üçün süni intellektlə işləyən dəbilqəsi
“Meta” “WhatsApp”da artan fırıldaqçılıq hallarına qarşı istifadəçi təhlükəsizliyini gücləndirmək üçün yeni tədbirlər görməyə başlayıb. Şirkətin 2025-ci ilin ilk yarısına dair açıqladığı statistikaya görə, bu dövrdə fırıldaqçılıqla əlaqəli olduğu müəyyən edilən 7 milyona yaxın hesab platformadan silinib.
“Meta”nın məlumatına görə, silinən hesabların əksəriyyəti saxta sərmayə təklifləri, kriptovalyuta fırıldaqları və “phishing” (fişinq) üsulları ilə istifadəçiləri hədəfə alırdı. Bu hallar xüsusilə təşkilatlanmış cinayət qruplarının strategiyalarında əsas yer tutur.
“WhatsApp”da istifadəçiləri bu cür hallardan qorumaq məqsədilə bir sıra yeni təhlükəsizlik mexanizmləri tətbiq olunur. Bunlardan biri “qrup dəvəti zamanı təhlükəsizlik xülasəsi”dir. İndi tanımadığınız biri sizi qrupa əlavə etdikdə, platforma sizi əvvəlcədən xəbərdar edəcək. Açılan təhlükəsizlik pəncərəsində həmin qrupun kim tərəfindən yaradıldığı, neçə iştirakçının olduğu və əvvəllər şikayət olunmuş paylaşımlar olub-olmaması göstəriləcək. Beləliklə, istifadəçi şübhəli qrupa qoşulmazdan əvvəl məlumatlı qərar verə biləcək.
Digər bir yenilik isə şübhəli mesajlara qarşı erkən xəbərdarlıq sistemidir. Artıq kontakt siyahınızda olmayan bir nəfər sizə mesaj göndərdikdə, “WhatsApp” söhbət başlamamışdan əvvəl xəbərdarlıq göstərəcək. Bu sistem, mesaj göndərənin kim olduğunu bildirərək və ehtiyatlı olmağa çağıraraq istifadəçiləri potensial risklərdən qorumağa yönəlib.
“Meta” həmçinin istifadəçilərə birbaşa müraciət edərək, “Tanımadığınız şəxslərdən gələn keçidlərə tıklamayın, şəxsi məlumatlarınızı paylaşmayın” çağırışı edib. Şirkət bildirir ki, təkcə texniki həllərlə deyil, həm də istifadəçiləri maarifləndirməklə fırıldaqçılıqla mübarizə aparmaq mümkündür.
Görülən yeni tədbirlər həm fərdi, həm də qrup səviyyəsində təhlükəsizliyi artırmağa xidmət edir. “WhatsApp” platforması, dolandırıcılıq şəbəkələrinə qarşı mübarizədə daha sərt və sistemli yanaşma sərgilədiyini nümayiş etdirir.