
İki ildə 500 milyardlıq sərmayə
“Nvidia”nın gəlir hesabatı niyə bu qədər önəmlidir?
“Nvidia”nın gəlir hesabatı niyə bu qədər önəmlidir?
“Meta”dan “Google”a bulud müqaviləsi imzaladı
“META” və “Character.AI” kommersiya dələduzluğunda ittiham olunur
Sosial medianın aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
“Meta”dan kritik qərar
“Meta”nın təsisçisi Mark Zukerberq: “Ağıllı telefonlar tarix olacaq”
Maaşlar 100 milyon dollara çatır
Yaxşı niyyətli istifadəçilər də zərər çəkdi
AB-nin yeni TTPA qaydalarına reaksiya, platforma reklamları sinxron dayandırır
Texnologiya nəhəngləri arasında süni intellekt icraçı transferləri sürətlənir
Mesajları oxumağa ehtiyac olmayacaq
Amma “Apple”ı keçə bilməyib
Zakerberqin gizli süni intellekt siyahısı açıqlandı
Sosial media nəhəngi süni intellekt üçün 20 illik müqavilə imzalayır
“Meta”nın ABŞ ordusu üçün süni intellektlə işləyən dəbilqəsi
ABŞ-lı vəkil Mark Zukerberq (Mark S. Zuckerberg) adının “Meta” tərəfindən dəfələrlə haqsız olaraq bloklanması səbəbindən şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
ABŞ-lı vəkil, adının “Meta”nın hədəfi olduğunu iddia edərək “Facebook”un ana şirkətinə qarşı iddia qaldırıb. İndiana ştatında iflas hüququ sahəsində çalışan Mark Zukerberq eyni adı daşıdığı “Meta” CEO-su Mark Zukerberqi təqlid etdiyi səbəbi ilə hesabının dəfələrlə haqsız olaraq bağlandığını bildirib.
Vəkil Zukerberqin açıqlamasına görə, onun həm şəxsi, həm də professional “Facebook” hesabı var və xüsusilə peşəkar hesabı vasitəsilə illərdir reklam verərək müştəri qazanmaq niyyətindədir. Lakin yalnız son səkkiz ildə bu hesab beş dəfə dayandırılıb. “Meta”nın, onun adının platformanın qurucusunun adı ilə eyni olmasını təqlid cəhdi kimi qiymətləndirdiyi düşünülür. Zukerberq hər dayandırmadan sonra tələb olunan sənədləri tez bir zamanda təqdim etdiyini, lakin hesabının yenidən aktivləşdirilməsinin çox vaxt aylarla çəkdiyini qeyd edib.
İddia ərizəsinə görə, Mark S.Zukerberq bu günə qədər “Facebook”da 11.000 dollardan çox reklam xərcləyib. Vəkil bu reklamlarla yeni müştərilər qazanmağı hədəfləyirdi. Lakin may ayında hesabının bir dəfə daha bloklanması ilə peşəkar səhifəsinə tam çıxışı kəsildi. “Meta” bu son bloklamanı hələ də ləğv etməyib.
Vəkil Zukerberq reklam xərclərinə qarşılıq gözlədiyi xidməti ala bilmədiyini bildirərək “Meta”nı müqavilə pozuntusunda ittiham edir. O, həmçinin məhkəmədən şirkətin “Facebook”dakı hesablarını bloklamasının qadağan edilməsini tələb edir. Vəkilin eyni adı daşıdığı üçün yaşadığı çətinlik əvvəllər 2011-ci ildə ABŞ və beynəlxalq mediada gündəmə gəlmişdi.