vaxtlı-vaxtında oxuyun! Cümə, 16 yanvar 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ELM-TEXNİKA  
“Ağıllı eynək”ləin istilası 12:26 | 7 avqust 2025 | Cümə axşamı Məqaləyə 331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ağıllı eynək”ləin istilası

“Meta”nın təsisçisi Mark Zukerberq: “Ağıllı telefonlar tarix olacaq”

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Meta” şirkətinin CEO-su Mark Zukerberq yaxın gələcəkdə ağıllı telefonların yerini virtual reallıq dəstəkli ağıllı eynəklərin tutacağını bildirib. O, bu keçidin qaçılmaz və böyük fürsət olduğunu vurğulayıb.

Zukerberqə görə, gələcəkdə rəqəmsal təcrübə cib telefonları yerinə gözə taxılan cihazlarla təmin ediləcək. “Meta”nın hazırda inkişaf etdirdiyi virtual reallıq eynəkləri bu dönüşümün əsasını təşkil edir. Bu eynəklər əllərin azad istifadəsi, birbaşa baxış sahəsinə məlumatların əks etdirilməsi və anında əlaqə kimi imkanlar yaradır.

Zukerberq əlavə edib ki, bu texnologiya adi ekran deyil, bütün rəqəmsal həyatın mərkəzinə çevriləcək: “Bu gün milyonlarla insan eynək taxır. Bir neçə il sonra həmin eynəklərlə mesajlaşacaq, xəritədən istifadə edəcək, məlumatlara çata biləcəklər”.

“Meta”nın təqdim etdiyi “Quest” seriyası VR eynəkləri Zukerberqin vizyonunun ilk nümunələridir. O, klassik ağıllı telefonların texnoloji inkişafdan geri qalmasını vurğulayır və yeni dövrün virtual və artırılmış reallıq texnologiyaları ilə başlayacağını deyir.