vaxtlı-vaxtında oxuyun! Cümə, 7 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
“Uşaqları aldadırlar” 08:16 | 19 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Uşaqları aldadırlar”

“META” və “Character.AI” kommersiya dələduzluğunda ittiham olunur

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Texas Baş prokurorluğu “META” və “Character.AI” haqqında potensial dələduzluğu kommersiya praktikalarına girişmək ittihamı ilə araşdırma başladıb.

Baş prokuror Ken Paxton (Ken Paxton) deyib ki, “Bugünkü rəqəmsal dövrdə, texaslı uşaqları aldadıcı və istismara yönəlmiş texnologiyalardan qorumaq lazımdır. Süni intellekt platformaları özlərini emosional dəstək mənbəyi kimi təqdim edərək həssas istifadəçiləri, xüsusilə uşaqları yanlış yönləndirir”.

“Reallıqda isə bu platformalar toplanan şəxsi məlumatlara uyğun hazırlanıb və terapevtik tövsiyələr maskası altında, təkrar emal edilmiş ümumi cavablarla qidalanır”.

Teksas Başprokurorluğu iddia edir ki, “META” və “Character.AI”, uyğun tibbi ixtisas və nəzarət olmadan, peşəkar terapevtik alətlər kimi görünən süni intellekt şəxsiyyətləri yaradıb.