Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:57 | 19 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 466 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
İnvestorlar Rusiya, Ukrayna və ABŞ arasında yaxınlaşan sülh danışıqlarının rus xam neftinə tətbiq olunan sanksiyaların yumşaldılmasına səbəb ola biləcək potensial təsirini qiymətləndirərkən, neft qiymətləri Asiyada ucuzlaşıb.
“Brent” xam nefti 42 sent və ya 0,63% düşərək barel başına 66,18 dollara geriləyib. Sentyabr təslimatlı ABŞ Qərbi Texas (“WTI”) xam nefti 45 sent ucuzlaşaraq 62,97 dollara düşüb. Daha aktiv olan oktyabr təslimatlı “WTI” 44 sent azalma ilə 62,26 dollara enib.
Ucuzlaşma dünənki təxminən 1%-lik artımdan sonra baş verib.
Neft tacirləri, ABŞ Prezidenti Donald Tramp (Donald Trump) Zelenski və Avropalı müttəfiqlərini Vaşinqtonda qəbul etdikdən sonra, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə üçtərəfli zirvə keçiriləcəyi xəbərinə reaksiya verirlər.
“TD Securities”də əmtəə strategiyası üzrə rəhbər olan Bart Melek bir qeydində bildirib ki, sanksiyaları azaldan və ya ikinci dərəcəli tariflərdən yayınan hər hansı bir addım, nefti 2025-ci ilin 4-cü rübü və 2026-cı ilin 1-ci rübündə orta hesabla 58 dollara doğru itələyə bilər.
Lakin diplomatiyada uğursuzluq və ya ABŞ-ın Rusiya neft alıcılarına qarşı təzyiqinin yenidən artması xam neft qiymətlərini son dövrlərin ən yüksək səviyyəsinə qaytara bilər.
Azərbaycan brendi “Azeri Light” nefti 0,34 dollar və ya 0.46% ucuzlaşaraq, 73,21 dollara ticarət olunur.