
“2027-ci ilə qədər bəşəriyyəti məhv edə bilər”
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
“Meta”dan kritik qərar
“Meta”nın təsisçisi Mark Zukerberq: “Ağıllı telefonlar tarix olacaq”
Maaşlar 100 milyon dollara çatır
Yaxşı niyyətli istifadəçilər də zərər çəkdi
AB-nin yeni TTPA qaydalarına reaksiya, platforma reklamları sinxron dayandırır
Türkiyə girişi bağladı, AB nəzarət çağırışı etdi
Texnologiya nəhəngləri arasında süni intellekt icraçı transferləri sürətlənir
Mesajları oxumağa ehtiyac olmayacaq
Amma “Apple”ı keçə bilməyib
Zakerberqin gizli süni intellekt siyahısı açıqlandı
“Meta”nın ABŞ ordusu üçün süni intellektlə işləyən dəbilqəsi
“Apple” “ətrafınızdakı dünyanı hiss edə bilən” növbəti ağıllı məhsul hazırlayır
“Microsoft” və “Meta” birinci rüblə bağlı hesabat verdi
Metanın fırıldaqçılıq əleyhinə yeni mübarizə üsulu yaradıb
AB “Apple” və “Meta”nı cərimələyib
“Instagram” CEO-su Adam Moseri lansmanından cəmi iki il sonra “Meta”nın “X”in rəqibi kimi inkişaf etdirdiyi “Threads” platformasının aylıq aktiv istifadəçi sayının 400 milyonu keçdiyini açıqlayıb. “X”in sabiq CEO-su Linda Yakkarinonun əvvəlki açıqlamalarına görə, “X”in aylıq aktiv istifadəçi sayı 600 milyondan çoxdur.
Lakin “Threads”in iOS və Android mobil tətbiqi 2025-ci ilin iyun ayında 115,1 milyon günlük aktiv istifadəçiyə çataraq bir əvvəlki ilə nisbətən 128 faiz artım qeyd edərkən, “X” isə illik müqayisədə 15 faiz azalma ilə 132 milyon günlük aktiv istifadəçiyə geriləyib.
“Meta” tərəfindən yaradılan və “X”in rəqibi olan sosial media tətbiqi “Threads”in aylıq aktiv istifadəçi sayı 400 milyonu ötüb.
“Instagram” CEO-su Adam Moseri bildirib ki, “Bir neçə həftə öncə “Threads”də hər ay 400 milyondan çox aktiv istifadəçi olub. Son iki il çox intensiv keçdi. “X” ilə rəqabət etmək üçün ortaya atılan çılğın ideya, açıq fikir mübadiləsi olan məzmunlu platformaya çevrildi. Buranı bugünkü vəziyyətə gətirdiyiniz üçün hamınıza minnətdaram. Bizim üçün hələ görüləsi çox iş var, daha çoxu gələcək”.
Bu yeni göstərici “Threads”in keçən rübdə 50 milyon aylıq istifadəçi əlavə edə bildiyini göstərir.
“Meta” CEO-su Mark Zukerberq aprelin son həftəsində platformanın aylıq aktiv istifadəçi sayının 350 milyondan çox olduğunu açıqlamışdı. Digər tərəfdən, “X”in sabiq CEO-su Linda Yakkarinonun əvvəlki açıqlamalarına görə “X”in aylıq aktiv istifadəçi sayı 600 milyondan yuxarıdır.
Bazar araşdırma şirkəti “Similarweb”in son məlumatları “Threads”in mobil cihazlarda “X”in gündəlik tətbiq istifadəçilərinə yaxınlaşdığını göstərir. “Threads”in iOS və Android mobil tətbiqi 2025-ci ilin iyun ayında 115,1 milyon günlük aktiv istifadəçiyə çatıb və bir il əvvəlki ilə müqayisədə 128 faiz artım qeydə alıb. “X” isə illik müqayisədə 15 faiz azalma ilə 132 milyon günlük aktiv istifadəçiyə malikdir.