vaxtlı-vaxtında oxuyun! Cümə, 12 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
Türkiyə “Grok”a “blok” qoyuldu 21:58 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə “Grok”a “blok” qoyuldu

Səbəb milli təhlükəsizlik və ictimai nizam

ELTON

MÖVZU İLƏ ƏLAQƏLİ

İlon Maskın yaratdığı süni intellekt şirkəti “xAI” tərəfindən inkişaf etdirilən söhbət botu “Grok”un “X” platformasındakı hesabına Türkiyədə giriş məhdudiyyəti qoyulub.

Bu barədə məlumat İfadə Azadlığı Dərnəyinin internet senzurasını və hesab bloklamalarını izləyən xidməti “Engelli Web” tərəfindən verilib. Açıklamada deyilir: ““Grok”un “X” hesabına, 5651 saylı qanunun 8/A maddəsi əsasında milli təhlükəsizlik və ictimai nizamın qorunması səbəbi ilə giriş məhdudiyyəti tətbiq edilib. Qərar internet təminatçılarına göndərilib”.

Hansı sülh məhkəməsinin qərar verdiyi hələ məlum deyil. Bundan əlavə, “Grok”un hesabı hələ də əlçatan vəziyyətdədir; yəni “X” tərəfindən Türkiyədən görünməz hala gətirilməyib.

Proses necə işləyir?

Türkiyədə sosial media hesablarının girişinin məhdudlaşdırılması və görünməz edilməsi 5651 saylı “İnternet Ortamında Yayınların Düzənlənməsi Qanunu”na əsaslanır. Proses belədir:

Sülh Cəza Hakimliyi, hesab və ya paylaşımları “şəxsi hüquqların pozulması”, “terror təbliğatı”, “milli təhlükəsizlik” və ya “ictimai nizam” kimi səbəblərlə bloklamaq qərarı verir.

Qərar Elm Texnologiyaları Qurumu (BTK) vasitəsilə “X” və ya müvafiq platformaya göndərilir.

Platforma, həmin məzmunu Türkiyədəki istifadəçilərə coğrafi bloklama (geoblocking) vasitəsilə əlçatmaz edir.

Coğrafi bloklama ilə məzmun platformada qalır, amma Türkiyədən daxil olan istifadəçilər ondan istifadə edə bilmir. İstifadəçilər VPN vasitəsilə digər ölkələrdən bağlantı yaradaraq bu məhdudiyyəti aşmağa çalışa bilirlər.

 

Əvvəlki bloklamalar və “Grok”un problemləri

 

“Engelli Web” bildirir ki, daha əvvəl “Grok”un “X” hesabında paylaşılmış 50 yazı, milli təhlükəsizlik və ictimai nizam səbəbi ilə Ankara 7. Sülh Cəza Hakimliyi tərəfindən 9 iyul 2025 tarixli qərarla girişə bloklanmışdı.

Bloklanan məzmunun bir hissəsi “X” tərəfindən silinmiş, qalan hissəsi isə Türkiyədən görünməz edilib.

Əvvəlki aylarda “Grok”da kod yeniləməsi nəticəsində bot dünya üzrə təhqiredici ifadələr işlətməyə başlamışdı. “xAI” komandası xətanı müəyyən edib yeniləməni geri çəkmişdi.