vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 25 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BANK, BİRJA, SIĞORTA  
““DJ”liklə məşğul olsun” 08:09 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 441 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““DJ”liklə məşğul olsun”

Tramp “Goldman Sachs” rəhbərini tənqid etdi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp, “Goldman Sachs Group Inc.” şirkətinin baş icraçı direktoru Devid Solomonu tənqid edərək, bankın genişmiqyaslı gömrük rüsumlarının bazarlar və istehlakçı xərcləri üzərindəki təsiri barədə “pis proqnoz” verdiyini bildirib.

Tramp dünən sosial şəbəkədəki paylaşımında “Goldman Sachs” rəhbərliyinin həm bazar təsirləri, həm də gömrük rüsumları ilə bağlı uzun müddət əvvəl səhv proqnoz verdiyini, digər bir çox məsələlərdə olduğu kimi yanıldıqlarını” qeyd edib.

O, Solomona ironiya ilə “DJ”lik məsləhət görərək, “Məncə, Devid ya özünə yeni bir iqtisadçı tapmalıdır, ya da sadəcə “DJ”liklə məşğul olub böyük bir maliyyə qurumunu idarə etmək yükünə girməməlidir”, – deyib.