
Putin “Goldman Sachs”ın payını satır
Səhmlər Ermənistanda yerləşən “Balchug Capital” şirkətinə veriləcək
Səhmlər Ermənistanda yerləşən “Balchug Capital” şirkətinə veriləcək
Türkiyənin risk mükafatı bir ilin ən yüksək səviyyəsinə çatıb
12 aylıq məzənnə proqnozu 42 səviyyəsində qalıb
“Goldman Sachs”dan xəbərdarlıq
“Goldman Sachs”dan xəbərdarlıq
“Goldman Sachs”dan xəbərdarlıq
“Goldman Sachs”dan xəbərdarlıq
ABŞ-ın investisiya bankı “Goldman Sachs” yaxın 12 ayda “S&P 500” indeksi ilə bağlı proqnozunu 6500-dən 6900-ə yüksəldib. “Goldman Sachs” indeksdə təxminən yüzdə 11 artım gözləyir.
Bundan əlavə, “Goldman Sachs” “S&P 500” indeksinin 3 ayda 3 faiz artaraq 6400-ə, 6 ayda isə 6 faiz artaraq 6600-ə çatacağını gözləyir.
“Goldman Sachs”ın proqnozlarındakı bu dəyişikliyin üç əsas səbəbi 2026-cı ildə güclü iqtisadi artım gözləntiləri, FED-in faiz dərəcələrini aşağı salmaq planları və böyük şirkətlərin möhkəm təməlləridir.
Bundan əlavə, “Goldman Sachs” “S&P500”ün proqnozlaşdırılan qiymət/mənfəət nisbətini 20,4-dən 22-yə yüksəltdi. Səhm başına gözlənilən mənfəətin (EPS) artımı 2025 və 2026-cı illər üçün 7 faiz olaraq qiymətləndirilir.
Digər tərəfdən, “Goldman Sachs” investorlara balanslaşdırılmış və şaxələndirilmiş portfellərə, alternativ aktiv menecerlərinə və aşağı istiqraz gəlirlərindən faydalanan şirkətlərə investisiya qoymağı tövsiyə edir.