Proses Sabunçudan başladı
Bakıda daha üç rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək
09:21 | 23 dekabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
Bakıda daha üç rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək
Dövlət büdcədən 3 quruma ödənilən subsidiyaları azaltmaq istəyir
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
Alıcıların hüquqları pozulur
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
Yeni tikilən binalardakı mənzillər ucuzlaşır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
Beşmərtəbəli yaşayış binasının qarşısına armaturlar döşənib, ərazi betonun tökülməsi üçün hazır vəziyyətə gətirilib. Ətraf hasarlanıb, hətta beton da tökülüb.
Vaxt.AZ "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov 8 ünvanındandır. Qəsəbə sakinləri iddia edirlər ki, sözügedən ünvana yeni köçən sakinlərdən biri eyvanın qarşısına beton töküb, ərazidəki bordürləri sökərək gecə ətrafı hasarlayıb.
Çəkliş qrupu ünvana çatanda artıq tikili sökülmüşdü. Sakinlərdən öyrəndik ki, aidiyyəti qurumların müdaxiləsindən sonra tikinti dayandırılıb.
Qonşuların iddialarına aydınlıq gətirmək məqsədi ilə ərazidə tikintiyə başlamaq isəyən şəxsi də saatlarla gözlədik. Amma, gəlmədi...
Biləcəri bələdiyyəsindən isə bildirildi ki, sözügedən ünvanda vətəndaş tərəfindən özbaşına abadlıq işlərinin görülməsinə cəhd göstərilərək, əraziya beton tökülüb. Aidiyyəti qurumlar isə qarşısını alıb.
Vaxt..AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim
edir.