
Cəhalətin qurbanları
Bir millət elmə arxa çevirəndə, bunun hesabını gələcək nəsillər ağır ödəyir
Bir millət elmə arxa çevirəndə, bunun hesabını gələcək nəsillər ağır ödəyir
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Paytaxtda on minlərlə insan elektriksiz qaldı
Avtonom “Ghost Shark”lara 1,1 milyard xərclənəcək
Xəsarət barədə məlumat verilmir
18 milyon dollara lüks hotelə çevrildi
Tramp bərpa olunan enerji tənqidini təkrar edir
Dünyanın ən böyük neft-qaz ehtiyatı ölkəsində enerji böhranı ciddi həddə çatıb
Süni peyk görüntülərində ABŞ hücum qrupunun İranın qapısında olduğu məlum olub
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Dənizçilik fəlakətinin zəhərli mirası Şri-Lankaya milyardlarla plastiklə qayıdır
Bərə ilə toqquşan gəmi batıb
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
4 nəfər ölüb, 30 nəfər itkin düşüb
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
Dünyanın ən böyük akkumulyatorla işləyən gəmisi suya salınıb. Avstraliya gəmiqayırma şirkəti “Incat” tərəfindən dizayn edilən “Hull 096” Cənubi Amerikanın “Buquebus” bərə operatoru üçün Argentina-Uruqvay marşrutu üzrə hərəkət edəcək.
Bu gün suya buraxılan gəmi 2100 sərnişin və 255 avtomobil daşıma qabiliyyətinə malikdir və tamamilə akkumulyator və elektrik enerjisi ilə işləyir.
“İncat”ın baş icraçı direktoru Robert Klifford dedi: “Biz 40 ildən artıqdır ki, Tasmaniyada dünya üzrə aparıcı gəmilər tikirik. “Hull 096” bizim indiyə qədər işlədiyimiz ən iddialı, mürəkkəb və vacib layihədir”.
Şirkətin paylaşdığı məlumata görə, 130 metr uzunluğundakı “Hull 096” təkcə dünyanın ən böyük elektrik gəmisi deyil, həm də indiyə qədər inşa edilmiş ən böyük elektrik avtomobilidir.
Şirkətin baş direktoru Stiven Keysi, 250 tondan çox batareyaya malik gəminin böyük miqyaslı, aşağı emissiyalı nəqliyyat həllərində bir irəliləyiş olduğunu söylədi.
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransına görə, qlobal gəmiçilik sektoru dünyanın illik emissiyalarının təxminən 3 faizini təşkil edir.
Melburndakı RMIT Universitetindən Liam Deyvis, yeni gəminin müntəzəm bərə marşrutu ilə işləyə bilməsinin vacib olduğunu söylədi.
Akademik “Hull 096”nın elektriklə işləyən gəmilərdə yarana biləcək problemlərin monitorinqi üçün yaxşı nümunə olacağını, akkumulyator sistemlərinin gələcəkdə konteyner gəmilərində də istifadə oluna biləcəyini bildirib.