
Kritik infrastrukturların təhlükəsizliyi gücləndiriləcək
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Paytaxtda on minlərlə insan elektriksiz qaldı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Tramp bərpa olunan enerji tənqidini təkrar edir
Avropada kimyəvi qaz həyəcanı
Fransanın ən ucuz kababçısı bağlandı
Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Dövlət büdcədən 3 quruma ödənilən subsidiyaları azaltmaq istəyir
2 milyard kubmetr qaza qənaət deməkdir
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
Maye qaz istehsal gücünün 10 il ərzində 950 milyon tona çatacağı təxmin edilir
ƏDV 4 dəfə artırılır
Fransada elektrik və təbii qaz abonentliyinə tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) 2025-ci il avqustun 1-dən etibarən 5,5%-dən 20%-ə qaldırılıb. Bu dəyişiklik 2025-ci ilin fevralında qəbul edilən maliyyə qanunu çərçivəsində həyata keçirilir və enerji hesablarının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Əvvəllər enerji hesablarında sabit abonent haqqına endirimli 5,5% ƏDV, istehlak hissəsinə isə normal 20% ƏDV tətbiq olunurdu. Lakin Avropa Birliyi tərəfindən eyni xidmətə tək bir ƏDV dərəcəsinin tətbiq edilməsinin tələb olunması səbəbindən abonentlik sabit haqqına da 20% ƏDV tətbiq ediləcək. Bu isə bəzi hallarda abonent haqqının dörd dəfə artması deməkdir.
Orta hesabla bir ailənin illik enerji hesabı 50 ilə 120 avro arasında bahalaşacaq. CGT Enerji Sindikatı bu artımı “xalqdan əlavə vergi almaq” kimi qiymətləndirir və hökuməti qərarından vaz keçməyə çağırır. CGT-nin yeni baş katibi Fabrice Coudour hesab edir ki, bu addım elektrik və təbii qazı əsas ehtiyac məhsulundan çıxarıb ticarət malına çevirmək deməkdir.
Fransız hökuməti isə enerji hesablarına təsiri azaltmaq üçün enerji istehlakı vergisi (accise énergétique) və elektrik paylama tariflərini (TURPE) aşağı salmağı planlaşdırır. Buna görə, elektrik üçün accise 33,70 avro/MWh-dən 29,98 avroya, qaz üçün isə 17,16 avrodan 15,43 avroya endiriləcək.
Bununla belə, sindikat bu tədbirin xüsusilə aşağı gəlirli ailələri qorumadığını bildirir, çünki bu qrupun enerji istehlakı az olsa da, sabit abonent haqqı faturalarda nisbətən böyük paya sahibdir.
CGT həm enerji hesablarının azaldılması, həm də enerji sektorunda əməkhaqqının artırılması tələbi ilə 2 sentyabrdan etibarən sektorda tətilə başlayacağını açıqlayıb.