Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
08:38 | 20 avqust 2025 | Çərşənbə
Məqaləyə 309 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Münhen yaxınlığında, Heimstetten sənaye zonasındakı bir müəssisədən qalxan sarı tüstü təşvişə yol açıb. Rayon rəhbərliyinin açıqlamasına görə, avqustun 18-də yerli vaxtla 17:30 radələrində yanğınsöndürənlər Heimstettendəki hadisə yerinə yönləndirilib. Ərazidəki bacadan qalxan sıx sarı tüstü səbəbindən bina və ona bitişik anbar təxliyə olunub.
Hadisədən təxminən bir saat sonra, saat 18:41-də “Katwarn” və “Nina” tətbiqləri vasitəsilə Heimstetten və Feldkirçen sakinlərinə qapı və pəncərələri bağlı saxlamaları, evlərindən çıxmamaları barədə xəbərdarlıq edilib. Səbəb, binanın içində yayılan və havaya qarışan nitroz qazlarının aşkarlanması olub. Yanğınsöndürənlər xüsusi kimyəvi qoruyucu geyimlərlə qazın yayıldığı ərazini nəzarətə almağa çalışıb. Təhlükəni azaltmaq üçün yanğınsöndürmə robotu da işə salınıb və təhlükəsiz şəkildə binaya daxil olub.
Təxminən iki saat yarım davam edən müdaxilədən sonra vəziyyət nəzarətə götürülüb. Lakin binanın havalandırılması zamanı sənaye zonası üzərində yenidən sarımtıl bulud müşahidə edildiyi üçün Heimstetten və Feldkirçen üçün verilən xəbərdarlıqlar bir müddət daha qüvvədə qalıb. Sonradan aparılan ölçmələrdə təhlükə aşkarlanmadığından, saat 21:42-dən etibarən bütün xəbərdarlıqlar ləğv olunub.
Yanğına və ya sızmaya səbəb olan amil hələ də dəqiq məlum deyil. Yanğınsöndürənlər hadisənin kimyəvi reaksiya nəticəsində baş verdiyini, lakin dəqiq səbəbin araşdırıldığını bildiriblər. Müdaxilədə Heimstetten, Feldkirçen, Weisenfeld, Helmholtz, Hohenbrunn və Münhendən gələn qüvvələrlə birlikdə ümumilikdə 183 nəfər yanğınsöndürən, mülki müdafiə, təcili tibbi yardım və polis əməkdaşları iştirak edib.