
Göydələnlər elektrik stansiyasına dönəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
Alıcıların hüquqları pozulur
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
«Neft bahalaşması, manatın güclənməsi investorlarda inam yaradıb»
Tikintisi başa çatmayan binalarda isə mənzillərin pulunun tam ödənilməsi tələb edilə bilməz
Girov qoyulan evlər sökülür
Bakıda çoxlu sayda pilot layihələrin həyata keçirilməsi mənzil qiymətlərinin yüksəlməsinin qarşısını alıb. Hətta qiymətlərin düşdüyü də müşahidə olunur.
Ərazilər üzrə orta hesabla qiymətlər 100-200 manat civarında aşağı düşüb. Məsələn, əvvəllər “Nəriman Nərimanov” metro stansiyası ətrafında təmirsiz mənzillərin 1 kv.m-i 1400-1500 manatdan təklif edilirdisə, bu gün 1 kv.m-i 1200-1300 manatdan mənzil tapmaq mümkündür.
“Sipark İnşaat” şirkəti “28 May” metro stansiyasından 600 metr məsafədə “Təbriz” yaşayış binasını tikir. Bu binada mənzilin 1m.kv-nin nağd 1200 manata, kreditlə 1300 manata təklif olunur.
“Xətai” metro stansiyası yaxınlığında da qiymətlərin düşdüyü müşahidə edilir. Məsələn, “Fininvest Construction” şirkəti inşa etdiyi “Khatai Light” yaşayış binasında mənzillərin 1 kvadrat metrini 1150 manatdan təklif edir. Bu qiymət “Qara-Qarayev” və “Neftçilər” metro stansiyalarının ətrafındakı qiymətlərə yaxındır. “Xətai” metro stansiyası yaxınlığında mənzillərin 1 kv.m-i 1300-1400 mantdan təklif edilirdi. Bu zonada da qiymətlər təzyiq altındadır.
“Qara-Qarayev”, “Neftçilər” metro stansiyaları yaxınlığında da qiymətlərin təxminən 100 manat düşdüyü müşahidə olunur. Bu ərazidə tikintisinə yeni başlamış binalardan 1 kv.m-i 900-1000 manata, tikintisi yekunlaşmaq üzrə olan və ya yekunlaşmış binalardan isə 1000-1100 manata mənzil almaq mümkündür.
Yeni tikilən binada 1 kv.m-nin qiyməti 1100 manat olmuş Bakıxanov qəsəbəsində tikinti şirkətlərindən biri (Terras Park) 850 manatdan başlayan qiymətlərlə mənzillər təklif edir.
Bir sıra tikinti şirkətləri qiymətləri aşağı salmamaqda israr etsə də, artıq rəqib şirkətlər onları məcbur edir.
Daha başa gəldiyindən və təmir işləri aşağı keyfiyyətdə aparıldığından təmirli mənzillərə tələb böyük deyil. Bir sıra tikinti şirkətləri təmirli mənzilləri 25 illik ipoteka ilə təklif etsələr də, alıcı tapmaqda çətinlik çəkirlər.
Bir çox tikinti şirkətləri mənzilləri 36 ayadək faizsiz daxili ipoteka ilə təklif edirlər.
Qeyd edək ki, Bakıda köhnə binalar sökülərək yerində yeniləri inşa edilir. Ən çox pilot layihə Nərimanov rayonu ərazisində reallaşdırılır.