
Göydələnlər elektrik stansiyasına dönəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
İnternetdəki məlumatlar nə qədər uzunömürlüdür?
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
Bunun sonrası necə olacaq?
Alıcıların hüquqları pozulur
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
Yeni tikilən binalardakı mənzillər ucuzlaşır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
«Neft bahalaşması, manatın güclənməsi investorlarda inam yaradıb»
Əksər MTK-lar binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. “Bir bina bir provayderindir” prinsipi ilə işləyirlər.
Heç nədən çəkinmirlər. Nə qədər inanılmaz olsa da, reallıq odur ki , adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir.
MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız BİR PROVAYDERİ dəvət edərək separat sövdələşmə edirlər.
Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır.
Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da başqa provayderi buraxmayacaq.
Bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni surətdə məhdudlaşdırılır. Xidmətin keyfiyyəti üçün stimul formalaşmır.
MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar.
Antiinhisar Dövlət Xidmətinin, RİNN-nin və digər aidiyyəti qurumların bundan xəbəri varmı ?
Əlbəttə var.
Lakin bunun qarşısını almaq üçün heç bir real addımlar müşahidə olunmur.
Antiinhisar və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir.
Problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir.
Yeni tikilmiş yaşayış komplekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır.
Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi, aidiyyəti qurum, məsələn RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir.
Antiinhisar bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir.