vaxtlı-vaxtında oxuyun! Bazar, 22 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
Bütün zamanların ən yüksəyi 15:41 | 24 dekabr 2025 | Çərşənbə Məqaləyə 228 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bütün zamanların ən yüksəyi

Qızıl və platin rekord səviyyələrə çatdı

XALİDƏ

Qızıl qiymətləri yüksəlişini davam etdirərək tarixi rekord qırıb. Bu gün spot qızıl ilk dəfə 4.500 dollar səviyyəsini keçib və günün əvvəlində 4.525 dollaradək yüksəlib.

Vaxt.AZ xəbər verir ki. mütəxəssislər bildirirlər ki, qızıldakı yüksəlişdə ABŞ Mərkəzi Bankının gələn il faiz endirimlərini davam etdirəcəyi gözləntiləri və qlobal geosiyasi gərginliklər əsas rol oynayır. İlin əvvəlindən bu yana qızıl təxminən 70% bahalaşaraq 1979-cu ildən bəri ən güclü illik performansa doğru irəliləyir. Mərkəzi bankların qızıl alışlarını davam etdirməsi və qızıla əsaslanan fondlara kapital axını da qiymətləri dəstəkləyir.

Eyni zamanda platin də sürətli yüksəliş nümayiş etdirib. Spot platin gün ərzində %3,3 bahalaşaraq unsiya başına 2.378 dollara çatıb. Geosiyasi risklərin artması və təkliflə bağlı narahatlıqlar platinə olan tələbi gücləndirən əsas amillər kimi göstərilir.