
Qlobal bazarlarda fəlakət
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
“Goldman Sachs” bankı xəbərdarlıq edib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) etibarı sarsılacağı halda və investorlar dövlət istiqrazlarının kiçik bir hissəsini belə qızıla yönləndirsələr, qiymətli metalın unsiya qiyməti demək olar ki, 5 min dollara yüksələ bilər.
Bankın analitikləri Samanta Dart (Samantha Dart) və onun komandası qeyd edib ki, “FED-in müstəqilliyinin zədələnməsi ssenarisi yəqin ki, daha yüksək inflyasiyaya, daha zəif səhmlərə və uzunmüddətli istiqraz qiymətlərinə, həmçinin dolların rezerv valyuta statusunda aşınmaya gətirib çıxaracaq. Əvəzində qızıl isə institusional etimada bağlı olmayan dəyər daşıyıcısıdır”.
“Goldman Sachs” hazırladığı qeyddə qızıl üçün bir neçə ehtimal ssenarisini dəyərləndirib. Əsas proqnoza görə, qiymətlərin 2026-cı ilin ortalarınadək uns başına 4 min dollara yüksəlməsi gözlənilir. Alternativ ssenaridə isə hədəf 4.500 dollar səviyyəsində müəyyənləşdirilib.
Digər diqqətçəkən proqnoz isə ABŞ istiqraz bazarının cəmi 1%-nin qızıla yönəlməsi halında qiymətlərin təqribən 5 min dollara yüksəlməsi ehtimalıdır.
Analitiklərin sözlərinə görə, “Əgər ABŞ istiqraz bazarının yalnız 1%-i qızıla yönəlsə, digər bütün amillər dəyişməz qaldığı təqdirdə qızılın qiyməti demək olar ki, uns başına 5 min dollaradək yüksələcək. Buna görə də qızıl, əmtəə seqmentində ən güclü uzunmüddətli mövqe tövsiyəmiz olaraq qalır”.