
Səhm bazarlarında riski artır
Bazarlar şar kimi şişir – partlayış yaxın ola bilərmi?
Bazarlar şar kimi şişir – partlayış yaxın ola bilərmi?
İlin ikinci yarısı hərəkətli olacaq
“Deutsche Bank”da böyük mənimsəmə qalmaqalı
Hökumət İtaliya bankının “Commerzbank”ı almaq istəməsini dost olmayan davranış sayıb
Hökuməti banklarda unudulmuş pulları müsadirə edəcək
ABŞ-ın bank sektoru birinci rübdə 5,8 faiz artıb
Məşhur bank analitiklərini işdən çıxarır
Nəhəng bank bankomatları yığışdırır, ofislərini bağlayır, ixtisarlara başlayır
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Kiber fırıldaqçılar hədəfi dəqiq vururlar – bu məlumatlar onlara haradan sızır?
58 000-dən çox cihaz haker proqramların qurbanı olub
Nazirlik ən böyük 5 banka depozit qoydu
Banklar POS-terminallardan istifadə xərclərini optimallaşdırmalıdır
Çoxları polisə müraciət etməyə utanır
Fırıldaqçı brokerlər almaniyalı ağsaqqalın bank kartını boşaldıb
ABŞ-da birinci rübdə ilkin hesabatlar müsbət perspektiv göstərib
ABŞ-da investisiya bankçılığı bazarı tariflər səbəbindən yaşanan durğunluqdan sonra yenidən canlanıb.
Böyük banklar, birləşmə və satınalma əməliyyatlarında artan aktivliyə paralel olaraq yüksək vəzifəli bankirləri transfer edir.
“Wall Street” bankaları son aylarda rəhbər səviyyəli bankirlərin işə qəbulunu artırıb. ABŞ-da tariflərin yaratdığı qeyri-müəyyənlik səbəbindən ilin ilk yarısında zəifləyən investisiya bankçılığı fəaliyyəti yay aylarında toparlanıb.
Bunun ardınca banklar, birləşmə və ilkin kütləvi təkliflər (IPO) üzrə artan tələbi qarşılamaq üçün kadrlarını genişləndirməyə başlayıb.
İnsan resursları konsaltinq şirkətlərinə görə, işə qəbullar bankirlərin illik bonuslarını aldıqları yanvar-aprel dövründə daha çox müşahidə olunur. Lakin 2025-ci ildə ABŞ tariflərinin bazarlarda yaratdığı sarsıntı səbəbindən bu proses demək olar ki, tam dayanmışdı. Bazarlarda sabitlik təmin ediləndən sonra isə iyul ayında işə qəbullar yenidən sürətləndi və yay aylarında adi haldan kənar hərəkətlilik müşahidə olundu.
“JPMorgan”, ilin ilk dörd ayında 300-dən çox yeni bankiri işə götürüb, “Goldman Sachs”dan Cerri Lini (Jerry Lee) investisiya bankçılığı üzrə qlobal rəhbər kimi transfer edib. “Citi”, “JPMorgan”dan Gilermo Bayqual (Guillermo Baygual), Draqo Raykoviç (Drago Rajkovic) və Pankac Goeli (Pankaj Goel) yüksək vəzifələrə gətirib. “UBS” isə Amerika regionu üzrə Taylor Henriksi (Taylor Henricks) birləşmə və satınalmalar (M&A) rəhbəri kimi heyətinə qatıb.
“Harrison-Rush Group” məlumatına görə, avqust ayında gənc bankirlərin işə qəbulunda da 200% artım olub. Daha butik (kiçik ixtisaslaşmış) investisiya bankları da bu nikbin mənzərəyə qoşulub. “Evercore”, britaniyalı “Robey Warshaw”ı 196 milyon dollara satın alıb. “Lazard” isə bu il 14 icraçı direktoru transfer edərək, 2030-cu ilə qədər gəlirini ikiqat artırmaq hədəfini açıqlayıb.
Ekspertlər bildirirlər ki, işə qəbulda artıma baxmayaraq, səviyyə hələ də son on ilin ən aktiv dövrlərinin altında qalır. İnvestisiya bankçılığı gəlirlərində isə bu ilin aprelindən əvvəl proqnozlaşdırılan 20%-lik artım hədəfinin reallaşmayacağı, lakin bankların gələn il – 2026 üçün kadrlarını gücləndirməyə davam etdiyi qeyd olunur.